Rişon LeZion — İsrail şəhəri.

Haqqında

Şəhərin adı ivritcə "İlk əvvəl Siona" deməkdir. Tel-Əvivin cənub-şərqində yerləşir. İsrailin ən böyük 4-cü şəhəridir. Petax-Tıkvadan sonra İsraildə tikilən ən qədim ikinci şəhər olan Rişon LeZion 1882-ci ildə Rusiyadan köçüb gəlmiş yəhudilər tərəfindən salınmışdır. Fransa yəhudisi baron Edmond de Rotşildin (1845-1934) dəstəyi ilə şəhərdə bağçılıq inkişaf etdi. O xüsusilə Zihron Yakov ilə şəhərin şərabla məşhurlaşmasını təmin etmişdir. Şəhərin Yafaya yaxınlığı və yeraltı suların mövcudluğu inkişafı sürətləndirdi. 1950-ci ildə şəhər statusu almışdır. Hazırda narınc meyvələrin yetişdirilməsi üzrə məşhurdur.

Qardaşlaşmış şəhərlər

, Braşov , Debretsen , Qondar , Xarkov, Kiryat Şmona , Herenven , Lublin , Lvov, Esseks Kaunti, , Münster , Nim (1986) , Prins Corcs Kaunti, Prejov (2008) , Sankt Peterburq , Teramo , Tyanjin

İstinadlar

Kateqoriya:İsrail şəhərləri Kateqoriya:Rişon-le-Sion