thumbnail

Neqativ (latın:negativum (negativus) – mənfi) — ağ-qara,dəfedici 1)fotoqrafiya və kinematoqrafiyada çəkilmiş obyektinin metallik gümüş zərrəcikləri təbəqəsində yaranan əks (qara hissələrin – ağ, ağ hissələrin – qara) təsviri.

Rəngli neqativdə isə hər rəng obyekt hissəsi rənginə uyğun tamamlayıcı rənglə ifadə olunur. Məsələn: sarı göylə, mavi qırmızı ilə və s.

Neqativ pozitivə çevrildikdə rənglər bərpa olunur.

İstinadlar

Ədəbiyyat ASE, VII cild, Bakı, 1983. səh. 181.

Kateqoriya:Rəssamlıq Kateqoriya:Təsviri incəsənət Kateqoriya:Fotoqrafiya Kateqoriya:Fototerminlər