Hüseynov Akif Məmməd oğlu () — ədəbiyyatşünas, tənqidçi, 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1989).
Həyatı Akif Hüseynov 1941-ci il mayın 26-da Gürcüstanın Tbilisi şəhərində doğulmuşdur. Burada 31 saylı şəhər məktəbində, sonra Bakıda 132 saylı orta məktəbdə oxumuşdur (1948–1958).
ADU-nun filologiya fakültəsini bitirmişdir (1964). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır (1965–1968). "Azərbaycan" jurnalı redaksiyasında tənqid ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1967–1971), Ulduz jurnalının baş redaktoru (1971–1973), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi (1973–1976), orada müasir ədəbi proses şöbəsində böyük elmi işçi (1976–1992) olmuşdur.
Hazırda institutda şöbə müdiri vəzifəsində çalışır (1992-ci ildən).
Ədəbi fəaliyyətə 1966-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Ədəbiyyatda milli xüsusiyyətlər" məqaləsi ilə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir.
Əsərləri Nəsr və zaman. Bakı: Yazıçı, 1980, 185 səh. Müxtəlifliyin birliyi. Bakı: Yazıçı, 1983, 216 səh. Sənət meyarı. Bakı: Yazıçı, 1966, 315 səh. Həyat və sənət həqiqəti. Bakı: "TS" Nəşriyyat Poliqrafiya Mərkəzi, 2001, 204 səh. Sevgi nəğmələri. Bakı: "TS" firması mətbəəsi, 2002, 80 səh.
Filmoqrafiya Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan tənqidçiləri Kateqoriya:Azərbaycanlı tənqidçilər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan ssenaristləri