Emirates kuboku - 2007-ci ildən bəri hər il Arsenal FK-nın təşkilatçılığı ilə keçirilən turnir. 4 klubun iştirakı ilə qrup sistemi ilə keçirilir. Turniri ESPN kanalı yayımlayır. Kubokun son qalibi İspaniyanın Valensiya klubudur. Turnirin digər qalibləri arasında Arsenal (3), Hamburq (1), Nyu York Red Buls (1) və Qalatasaray (1) klubları da var.
Qaydalar
Turnirin reqamentinə görə komandalar öz aralarında 1 dəfə olmaqla oyun keçirirlər. Qalibiyyət 3 xal, heç-heçə 1 xal, məğlubiyyət 0 xal ilə qiymətləndirilir. Həmçinin hücum futbolunu sərgiləmək üçün hər qola görə 1 xal verilir. Əgər 2 komandanın xalları və top fərqi bərabərdirdə bu zaman onların turnir boyunca qapıya endirdikləri zərbələrin sayı müəyyən olunur.
Bütün nəticələr
İl Birinci İkinci Üçüncü Dördüncü 2007 Arsenal PSJ Valensiya İnter Milan 2008 Hamburq Real Madrid Arsenal Yuventus 2009 Arsenal Reyncers Atletiko Madrid PSJ 2010 Arsenal Lion Seltik Milan 2011 Nyu York Red Buls PSJ Arsenal Boka Xuniors 2013 Qalatasaray Portu Arsenal Napoli 2014 Valensiya Arsenal Monako Benfika
Bütün iştirakçılar thumb|2008-ci ildə turnir çərçivəsində keçirilən Arsenal-Real Madrid oyunundan görüntü Klub Qatıldığı illər Çempionluq Arsenal 2007, 2008, 2009, 2010, 2011, 2013, 2014 2007, 2009, 2010 PSJ 2007, 2009, 2011 Valensiya 2007, 2014 2014 Qalatasaray 2013 2013 Portu 2013 Napoli 2013 Boka Xuniors 2011 Nyu York Red Buls 2011 2011 Seltik 2010 Lion 2010 Milan 2010 Atletiko Madrid 2009 Reyncers 2009 Yuventus 2008 Hamburq 2008 2008 Real Madrid 2008 İnter Milan 2007
İstinadlar
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:2007-ci ildə yarananlar