Karl Renner — Avstriya Sosyal-Demokrat Partiyasının qurucusu və Avstriyanın ikinci cumhuriyyətinin ilk prezidentidir. Əvvəllər parlament kitabxanasında calışırdı. Sosyaldemokratlara qatıldıqdan sonra dostları ilə birlikdə Avstriya Marksizminin önəmli təmsilçisi halına gəldi. Avstriya-Macarıstan impersiyasının federal şəkildə yenidən qurulmasını müdafiə etmişdi.

Tərcümeyi-hal Karl Renner kəndli ailəsində on səkkizinci uşaq olmuşdur. Vyanada hüquq təhsili alıb və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir. 1896–1932-ci illərdə Parlamentin kitabxanaçısı vəzifəsində işləmiş və kitabxananın fondlarından öz tədqiqatlarına istifadə etmişdir.

1894-cü ildə Sosial Demokrat Partiyasının üzvü olmuşdur. 1907-ci ildən — Parlamentin üzvü, 1934-cü ilə qədər aşağı palatada işləmişdir.

İlk Avstriya Respublikasının yaradılmasında iştirak etmişdir. 1918–1920-ci illərdə kansler və Dövlət Şurasının sədri oluşdur. 1930-cu ildən o, 1934-cü ildə Dollfus hökuməti tərəfindən ləğv edilən parlamentin sədri seçilir. Avstriya azad edildikdən sonra o, ilk ümumi koalisiya müvəqqəti hökumətinin kansleri olmuşdur.Советская политика в Австрии. 1945–1955. Сборник документов. АИРО-XXI, 2006 г. ISBN 5-91022-030-6, другое издание ISBN 5-86007-524-3 — стр. 47–48 Bütün siyasi partiyaların razılığı ilə prezident seçilmişdir, lakin altı illik səlahiyyət müddəti bitmədən vəfat etmişdir.

O, Avstriya Sosial Demokratiyasının və II İnternasionalın lideri, həmçinin Avstriya-marksizmin görkəmli nəzəriyyəçisi idi. Milli məsələ probleminə dair bir neçə əsərin müəllifidir. Azlıqların siyasi və mədəni bərabərliyinə əsaslanan demokratik federasiya şəklində çoxmillətli dövlət ideyası aşılayırdı. 1938-ci ildə referendumda faşist Almaniyası ilə birlikdə anşlüz-a səs verməyə çağırırdı, eləcə də nasistləri təşviqat prosesinə fəal qoşulmağa dəvət edirdi.

1920–1929-cu illərdə Avstriya Respublikasının faktiki himni olmuş "Alman Avstriyası, ecazkar diyar" mahnısının mətninin müəllifidir.

Əsərləri Государство и нация, 1899 (Sinoptikus təxəllüsü ilə; ru. tərcümə — 1906) Национальная проблема, 1902 (Rudolf Şpringer təxəllüsü ilə; ru. tərcümə — 1909, ikinci nəşr — 2010. ISBN 978-5-396-00125-1) Теория капиталистического хозяйства : марксизм и проблема социализирования / Tərcümə G. B. Germaidze. — Moskva ; Leninqrad : Гос. изд-во, 1926. — XVIII–XX, 336 с. : ил.

Ədəbiyyat

М. 2007

İstinadlar

Kateqoriya:Vyanada vəfat edənlər Kateqoriya:Alman milliyyətçiləri Kateqoriya:Avstriyanın xarici işlər nazirləri Kateqoriya:Avstriya prezidentləri