Mərcan dənizi — Sakit okeanda yerləşən dəniz. Dəniz Avstraliya, Yeni Qvineya, Yeni Kaledoniya sahəlləri arasında yerləşir. Dənizin sahəsi — 4 791 000 km²-dir. Maksimal dərinlik 9140 m-dir. Dənizdə çoxsaylı mərcan rifləri və adalar mövcuddur: Uillis adaları, Treqross, Bampton, Çesterfild. Dünyada ən böyük mərcan rifi olan Böyük Sədd rifi burada yerləşir. Əsas limanlar: Kerns, Port-Morsbi, Numea.

Kateqoriya:Sakit okeanın dənizləri Kateqoriya:Avstraliya dənizləri Kateqoriya:Okeaniya dənizləri Kateqoriya:Sakit okeanın geologiyası