Baçço Bandinelli və ya əsl adı ilə Bartolommeo Brandini () — İntibah dövrünün italyan rəssamı və heykəltaraşı. XVI əsrdə yaratdığı heykəlləri Mediçi ailəsi tərəfindən alınırdı.

Həyatı Atası Mikel di Viviano de Brandini oğlu Bandinellini zərgar kimi böyütmüşdür. Lakin daha sonra heykəltaraşlığa maraq göstərən Bandinelli heykəltaraş Covanni Françesko Rastiçinin yanında işləmiş və Toskana hersoqu I Kosimo Mediçinin sarayında tanınmış incəsənət xadiminə çevrilmişdir. Birisi Vatikanda (1531), o birisi Florensiyada (1550) olmaqla iki incəsənət məktəbi açmışdır. Ciorci Vasari "Məşhur italyan memar, rəssam və heykəltaraşların həyatı" ("Le Vite de’ piû eccellenti architet- ti, pittori, et scultori italiani", 1550) və Benvenuto Çellininin "Həyat" ("Vita", 1728) adlı kitablarında Bandinelli qısqanc, pis və qabiliyyətsiz kimi təsvir olunmuşdur. Bandinelli soyadını 1530-cu ildə almışdır.

Bandinellinin əsərləri onun öz işində peşəkar olduğunu göstərir. Florensiyanın Uffizi qalereyasında sərgilənən "Laokoon" əsəri, "He- rakles ve Cacus" (1534) heykəli ve Florensiya kafedralının qabartmaları ən məşhur əsərləridir. Amma daha sonra Mediçi sarayındakı yerini Kellini ve Bartolommeo Ammannatiyə vermişdir.

İstinadlar

Kateqoriya:Florensiyada doğulanlar Kateqoriya:Florensiyada vəfat edənlər Kateqoriya:İtaliya rəssamları Kateqoriya:XVI əsr rəssamları Kateqoriya:İtalyan rəssamlar Kateqoriya:Florensiya məktəbi sənətkarları Kateqoriya:XVI əsr İtaliya rəssamları Kateqoriya:İtaliya heykəltaraşları