Ronqoronqo — XIX əsrdə Pasxa adasında kəşf edilən, yazı və ya primitiv yazı sayılan daş üzərindəki yazılmış işarələrdən ibarət sistemdir. Rapanui dilinə aid olması fərz edilir. Qətiyyətlə edilən bir çox cəhdə baxmayaraq, yazının oxunması ilə bağlı heç bir uğur əldə edilməyib. Baxmayaraq ki, təqvimə aid olanlar və genealoji informasiya olduğu sübut edilənlər müəyyən edilib, ancaq hətta onlar da oxunmayıb. Əgər ronqoronqo yazıdırsa və müstəqil ixtiradırsa, bu bəşər tarixindəki yazının ən müstəqil ixtiralarından biridir.
Forması və quruluşları İşarələrin formaları təxminən 1 santimetrlik canlılar və həndəsi naxışlar şəklində standartlaşdırılır. Odundan düzəldilmiş lövhələrin ölçüləri müxtəlifdir və onlar (B, E, G, H, O, Q lövhələri və böyük ehtimalla T lövhəsi) bir çox hallarda lövhə boyunca oyulmuş işarələrlə birlikdə yivlidir. Adadakı odunun azlığına görə əyri və əsasən ləkələnmiş odun parçaları kvadrat şəklinə salınmadan tamamilə istifadə edilib.Fischer 1997:382
İşarələr widthpx
Mənşəyi thumb|150px|Tu‘u ko Ihonun mitologiyası ilə əlaqələndirilən heykəllərin nümunəsi, Avstraliya Milli Dəniz Muzeyi. Şifahi əfsanələr deyir ki, Rapa Nuinin əfsanəvi qurucularından biri - Hotu Matu‘a və ya Tu‘u ko Iho öz məmləkətlərindən 67 lövhəni gətiriblər.Fischer 1997:367 Həm də toromiro (Sophora toromiro) kimi yerli bitkilərin gətirilməsi də eyni qurucu ilə bağlı hesab edilir. Ancaq nə Polineziyada, nə də Cənubi Amerikada belə yazı ənənəsi olan məmləkət yoxdur. Beləliklə, bu fakt Ronqoronqonun ərazinin içində inkişaf etdiyini göstərir. 1870-ci illərdə Rapa Nui xalqının az bir hissəsinin işarələri oxuduğu deyilsə də, yalnız kiçik bir azlıq savadlı ola bilərdi. İlk səyahətçilər deyirdilər ki, Perunun kölə tapmaq üçün etdiyi basqınlarda qaçırılan və ya epidemiyada ölən hakim ailələr və kahinlər üçün yazı-pozunu bilmək bir imtiyaz idi.Cooke 1899:712, Englert 1970:149–153
Lövhələrin yaşının müəyyən edilməsi Lövhələrin yaşının müəyyən edilməsinə az da olsa nail olunub. Kənd təsərrüfatı üçün meşələrin qırılması və daha sonra böyük ehtimalla məskunlaşma təxminən 1200-cü ilə aid olduğundan Date ranges are 1200–1250 and 1180–1290. Mann et al. 2008 Ronqoronqonun kəşfinin tarixi XIII əsrdən əvvəl deyil. Ronqoronqo mətn Q (Kiçik Sankt-Peterburq) yaşının müəyyən edilməsi üçün radiokarbon tarixləşdirmə üsulu istifadə edilən tək lövhədir, ancaq nəticələr lövhənin yaşını 1680-ci ildən sonrakı bir vaxta qədər sərhədləyir. İşarə 67 (25px|Rongorongo glyph 67) təxminən 1650-ci ildən adanın palinologiyasından yox olan Pasxa adası palmasını (Paschalococos) təmsil edir və bu da göstərir ki, yazı ən azı bu qədər qədimdir.
A, P və V mətnləri Avropa kürəklərində yazıldığı üçün XVIII əsrə və ya XIX əsrə aid edilir. Orliak iddia edir ki, Ronqoronqo mətn C (Mamari) üçün lövhə 15 metrlik ağacın gövdəsindən kəsilib və Pasxa adasındakı meşələr uzun müddət əvvəl bu ölçüdəki ağaclardan təmizlənib. Kömür analizi müəyyən edir ki, meşə XVII əsrin I yarısında yox olub. 1722-ci ildə Pasxa adasını kəşf edən Ceykb Roqovin adanı "böyük ağaclardan kasad" olaraq təsvir etmişdi və 1770-ci ildə Felipe Qonzalez de Ahedo yazırdı: "6 düym. (15 santimetr) genişliyində taxta düzəltmək üçün lazım olan bir ağac yoxdur". 1774-cü il Ceyms Kuk ekspedisiyasındakı Forster məlumat verirdi: "Adada 10 fut (3 metr) hündürlüyünü keçən ağac yoxdur".Flenley & Bahn 1992:172
Bu metodlar yazının yox, odunun yaşını müəyyən edir. Sakit okean palisandrı dözümlü deyil və Pasxa adasının iqlimində uzun müddət yaşaması mümkün deyil.Orliac 2005
1770-ci il İspaniya ekspediyası 1770-ci ildə İspaniya Qonzalez de Ahedonun rəhbərliyi altında Pasxa adasını ələ keçirdi. İmzalama mərasimi keçirildi və ilhaq edilmə ilə bağlı müqavilə açıqlanmayan sayda başçılar tərəfindən "öz yazıları formasındakı müəyyən hərflərlə işarə edilərək" imzalandı.Corney 1903:104
Bir çox alimlər təklif ediblər ki, ronqoronqo bu gəlişdən və ilhaq müqaviləsinin imzalanmasından ilham almış bir ixtira ola bilər.For example, Flenley & Bahn 1992:203–204 Səbəb kimi onlar qeyd edir ki, 1864-cü ildə Yucin Eyrodan əvvəl heç kəs yazını qeydə almayıb və başçıların imzaladığı İspaniya müqaviləsindəki işarələr ronqoronqoya oxşamır. Bu tədqiqatçıların fərziyyəsi ronqoronqonun Latın əlifbasının və ya başqa yazı formasının kopyası olması deyil, ancaq antropologistlərin trans-mədəni diffuziya adlandırdığı və ada sakinlərinin öz yazılarına ixtira etmək ilhamı verən prosesdə bu yazı əmələ gəldi. Əgər bu doğrudursa, ronqoronqo ortaya çıxıb, çiçəklənib, istifadə edilməsi azalıb və yüz ildən az bir müddət ərzində yazılması unudulub.
Ancaq Sekvoyyanın ingilis dilli qəzetləri gördükdən sonra Çeroki heca işarələri siyahısını kəşf etməsi və Alyaska yupiklərindən olan Uyaqukun xristian yazılarını gördükdən sonra Yuqtun yazısını kəşf etməsi kimi yazı diffuziyalarında sadə müqavilənin imzalanmasından daha çox əlaqə var. İşarələr kağız üzərində qələm ilə yazılmış Rapa Nui nümunələrindən gözləndiyi kimi kobud şəkildə yazılıb. Yazı nümunələrinin adada az vaxt keçirmiş tədqiqatçılar tərəfindən müşahidə edilməməsi faktı yazının adada tabu olduğunu göstərir; belə tabular avropalıların kölə yığmaq üçün etdiyi basqınlar və epidemiya nəticəsində Rapa Nui cəmiyyəti dağılana qədər tangata ronqoronqo (yazını köçürənlər) ilə yanaşı olaraq gücünü itirdi. Beləliklə, Eyronun vaxtına qədər lövhələr geniş yayıldı.Bahn 1996 Orliak qeyd edir ki, Ronqoronqo mətn C İspaniya ekspediyasından ən azı bir əsr tez ortaya çıxıb.
Qaya işarələri thumb|right|Ana o Keke mağarasındakı qaya işarələri lələyə oxşar ronqoronqo işarəsi 3 5px|Ronqoronqo işarəsi 3 (solda) və mürəkkəb işarə 211:42 20px|Ronqoronqo işarəsi 211:42 (mərkəzdə) ilə oxşardır. Daha sonra gələn V-formasındakı isə işarə 27 10px|Ronqoronqo işarəsi 27 ola bilər.
Pasxa adası Polineziyada qaya işarələrinin müxtəlifliyinə görə ən zəngin olandır.Lee 1992 Təqribən hər uyğun yer yonulub və buna bəzi evlərin daş divarları və məşhur Moai heykəllərinin bəziləri və onların pukao adlanan papaqları daxildir. 4000-dən çox işarəyə sahib təqribən min yer bəziləri barelyef və ya batıq relyefə görə, bəziləri də qırmızı və ya ağ rənglənməsinə görə kataloqa salınıb. Dizaynlara bunların cəmləşməsi daxildir: tanqata manu ("quş-adam") ayinlərinin rəsmi mərkəzi Oronqodakı ximerik quş-adam fiqurları; yaranma tanrısı Makemakenin sifətləri; tısbağalar, tunes, qılınc balığı, köpək balıqları, balinalar, delfinlər, yencəklər və osminoq (bəziləri insan sifəti ilə) kimi dəniz heyvanları, xoruzlar, kanoelər və 500-dən çox komari (vulva).
Kompüter kodlaşdırılması Ronqoronqo yazısını kodlaşdırmaq üçün SMP oblastı 1CA80–1CDBFF müvəqqəti olaraq ayrılıb. Ancaq icra edici plan yazılmayıb.
Ədəbiyyat
Mənbələr İstinadlar
Xarici keçidlər
The Rongorongo of Easter Island– the most complete and balanced description of rongorongo on the internet. (Offline since 2009. Incompletely archived from the original on 2007 October 17. Earlier archives available.) Michael Everson's draft Unicode proposal for Rongorongo The Rock Art of Rapa Nui by Georgia Lee Additional coverage on Spanish Wikipedia Splendid Isolation: Art of Easter Island, an exhibition catalog from The Metropolitan Museum of Art (fully available online as PDF), which contains material on Rongorongo
Kateqoriya:Yazı Kateqoriya:Oxuna bilməyən yazılar Kateqoriya:Unicode sistemində kodlaşdırılmamış yazılar Kateqoriya:Pasxa adası