Moisey Rubinoviç Vaynşteyn () — azərbaycanlı yəhudi bəstəkar, konduktor.

Həyatı 1906-cı ildə Bakı quberniyasında anadan olmuşdur. 1930-cu ildə Musiqi Texnikumunu bitirmiş, 1934-cü ildə isə konservatoriyanın məzunu olmuşdur. Bakı Gənclər teatrında (1928-1931), Qırmızı Ordu Teatrında (1931-1933) və Sanitar Mədəniyyət Teatrında (1933-1934) dirijor işləmişdir. 1934-1937-ci illər arası Azərbaycan Dövlət Radiosunda musiqi direktoru, 1939-1940-cı illərdə Azərbaycan SSR İncəsənət aparatının musiqi şöbəsinin müdiri olmuş, 1940-1941ci illərdə Filarmoniyada işləmişdir.

Əsərləri Əsasən teatr və opera üçün musiqi yazmışdır. Əsərləri: «Sulamif» (Mixail Kriştul ilə birlikdə, 1937) «Siqnal» (Mixail Kriştul ilə birlikdə, 1941) Veniamin Kamerinin əsərləri əsasında «Mişa, Maşa və Kaşey» uşaq operası (1943) «Əkin sahəsi zərbəçiləri» (1930) «Fra Edhenio» (1931) «Sülh mələyi» (1932) «Tacir Kaşanikovun mahnısı» (Mixail Kriştul ilə birlikdə, 1940) «Pioner dəsti» (1940) Simfoniya (1940) «Seyran» hekayəsinə aimfoniya (Mixail Kriştul ilə birlikdə) Violançel orkestri üçün simfoniya (1955) 4 Azərbaycan xalq mahnısının fortepiano və skripkaya uyğunlaşdırılması (1938)

Ailəsi Olqa Belyavska ilə evlənmişdir. Oğulları:

Leonid Vaynşteyn - bəstəkar. Kim Vaynşteyn - mühəndis, Harri Kasparovun atası.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:SSRİ dirijorları Kateqoriya:Azərbaycan dirijorları Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı şəxsləri