Hüseyn Həsən oğlu Həsənpur () — Sosialist əməyi qəhrəmanı (1951), kənd təssərrüfatı ustası (1956).
Həyatı Hüseyn Həsən oğlu Həsənpur 1 yanvar 1912-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Əhər şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Azərbaycan Demokrat Firqəsinin üzvü olmuşdu. 1946-cı ildə Şimali Azərbaycana mühacirət etmişdi. 1947–1982-ci illərdə Şamaxı rayonunun "Lenin" adına sovxozunda fəhlə işləmişdi. 1950-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdu.
İstinadlar
Kateqoriya:Sosialist əməyi qəhrəmanları