Gülbahar Xatun məscidi və ya Böyük İmarət məscidi və ya Hatuniyə məscidi — Osmanlı padşahı Yavuz Sultan Səlim tərəfindən anası Gülbahar Xatun adına 1514-cü ildə Trabzonda tikdirilmiş bir məsciddir.

Tarixi thumb|left|222px|Gülbahar Xatun məscidi Namazgâhı. thumb|258px|Camii Şadırvanı. Gülbahar Xatun Məscidi öz adı ilə anılan məhəllədə Ataparkın cənubunda yerləşir. Zaman keçdikcə, ətrafındakı mədrəsə, imarət, məktəb, darül-kurra və türbə ilə bir kompleks təşkil edirdi. Bu gün digərləri yıxılaraq sadəcə şərqindəki türbə qalıbdır. Anası Gülbahar Xatunun xatirəsinə Yavuz Sultan Səlim tərəfindən XVI əsrin ilk illərində (1514) tikdirilmişdir. Zamanında mədrəsə, məktəb, imarət və hamam tikililərini də əhatə edən böyük bir kompleks içində yer alırdı. Cəmiyyət xidmətində bir sıra fondu olduğu aydın olan bu dəyərli osmanlı xatunun bir çox fondu kimi buradakı bu külliyənin də digər tikililəri dövrümüzə çatmamışdır. thumb|left|222px|Gülbahar Xatun Məscidinin qübbəsi.

Memarlıq Məscidi, beş kiçik qübbə ilə örtülü beş hissəli son camaat yeri, böyük tək qübbə ilə örtülü hərəmxana hissəsi ilə şərq və qərbdəki üstü günbəzli bir cəhət otağından meydana gəlmişdir. Son camaat yerindəki mərmər sütunların başlıqları stilizə paxlava motivdir. Mehrab və mimbəri də mərmərlərdən olan Məscidin minbəri sadə sənətkarlıqdır. Mehrab da isə bitki ornament və mukarnaslı kavsaraya yer verilmişdir.

Kitabəsi Giriş qapısı üzərindəki kitabə, məscidin 1885-ci ildə bərpa olunduğunu bildirir. Daxili yaxşı qala kalmişi bəzəmələr də bu illərə aid olmalıdır. Trabzonun məşhur məscidlərindəndir. Məscid Ataparkta yerləşir. Trabzonda xalqın bir görüş yeri kimi tanınır.

Xarici keçidlər Gülbahar Xatun Məscidi Gülbahar Xatun Məscidi

Kateqoriya:Osmanlı dövrünün abidələri Kateqoriya:Trabzon məscidləri Kateqoriya:1514-cü ildə yarananlar