Toğrul Rza () — aktyor.
Həyatı Toğrul Musa oğlu Rza 28 oktyabr 1981-ci ildə Sumqayıtda anadan olmuşdur. 1988-ci ildə Sumqayıt şəhərindəki 23 nömrəli məktəbin birinci sinfinə daxil olub, 1998-ci ildə oranı bitirib. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 1-ci kursuna qəbul olunub, 2002-ci ildə Dram Teatrı və Kino aktyoru ixtisası üzrə əyani təhsilini başa vurub. Təhsil aldığı dövrdə Bakı Kamera Teatrında aktyor işləyib (2000–2002). 2002-ci ildən 2003-cü ilə qədər ordu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra 2004-cü ilə qədər Bakı Kamera Teatrında fəaliyyətini davam etdirib. Həmin ildən Bakı Bələdiyyə Teatrında çalışır. Space televiziyasında yayımlanan "Dubl-bom" verilişinin aparıcısı olmuşdur
Ailəlidir, həyat yoldaşı Bakı Bələdiyyə Teatrının aktrisası Ülviyyə Gülməmməd qızı Rzadır. İki övladı var: Orxan Rza, Tural Rza.
Filmoqrafiya Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004) Qonşulaşma, qohumlaşma, kirvələşmə (2004) Girov (film, 2005) Cavid ömrü (film, 2007) Yanmış körpülər (film, 2007) Günaydın, mələyim! (film, 2008) Seçilən (film, 2008) Evləri göydələn yar (film, 2010) Vəkil hanı? (film, 2011) Ünvansız eşq (2011) Qağayı (tele-serial 2012) Toy gecəsi (serial) 5+ (film, 2014-2015) — İsmayıl 2 ömür (tele-serial, 2016–2017) — Fərhad Laləli saray (teleserial, 2017) Əli və Nino (film, 2016) — Seyid Mustafa Ölümə qənşər (film, 2015) — Rafiq Alıcanov Uçurum (serial) — Rauf Vulkanın nəfəsi (sənədli film) (2015) Kinli, xəsis, səfeh (tamaşa aztv) (2008) Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013) İdarə (serial, 2020) — Aydın Sevgi (serial, 2023) — Faiq Əlvida, xoşbəxtlik (serial, 2024) — Fariz Günahsız günahkar (serial, 2024) — Şəhriyar Tağıyev. Məktəb (film, 2026) — Ruhulla
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Vikipediyanı redaktə edən ensiklopedik şəxslər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları