Suleyhilər — Misirdə Fatimilər xilafətinə bağlı müsəlman xanədan (1047–1138). Yəməndə ismaililər məzhəbinin hökmran olmasına şərait yaratmışdır.

Tarixi

Ailənin Yəməndəki hökmranlığı, Fatimi dailərinin işbirliyinə dayanan Əli bin Məhəmmədlə (hökmdarlığı 1047-1067) başladı. Öncə dağlıq bölgəni ələ keçirən Əli bin Məhəmməd, daha sonra Tihamə sahil bölgəsində oturan Necahiləri, Sənadakı Zeydiləri (1063) və Ədəndəki Maaniləri (1064) yerlərindən etdi. Ayrıca Hicazdakı Musavi şəriflərin yerinə Haşimi şəriflərin keçmesinə şərait yaratdı (1063).

Əli əs-Suleyhinin ölümünün ardından yerinə oğlu əl-Məlikül-Mükərrəm Əhməd əs-Suleyhi keçti.Suleyhiler , Diyanet Islam Ansiklopedisi 37. Cilt 480.. Amma əl-Mükərrəm Əhməd əs-Suleyhi dönəmində (1067-1084) Suleyhi torpaqları azalmağa başladı. Şimalda Necahilər yenidən güc-qüvvə qazandılar. Cənubda isə Ədən, İsmailiyyə məzhəbindən başqa bir xanədan olan Zurayilərə verildi. Əhməd hökmdarlığının son illərində feili hakimiyyəti böyük ölçüdə arvadı əs-Seyyidə Ərvaya buraxdı. Ervanın ölümündə (1138) sonra Yəmənin idarəsi Zurayiləre keçdi. Suleyhi məlikləri XII əsrin sonuna kimi Yəməndəki bəzi qalaları əllərində tutdular.

Hökmdarları Əli bin Məhəmməd əs-Suleyhi (1047—1067 və ya 1081) əl-Mükərrəm Əhməd əs-Suleyhi (1067 или 1081–1086) Ərva bint Əhməd (1086–1138)

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ərəb sülalələri Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Yəmən tarixi Kateqoriya:XI əsrdə ləğv olunmuş dövlətlər və ərazilər