200px|thumbnail|right|Pareidoliaya aid nümunə

Pareidoliya (ingiliscə: pareidolia) — insanın təsadüfi, qeyri-müəyyən vizual və ya səsli stimullarda tanış obrazlar, formalar və mənalar görməsi və ya eşitməsidir.

İnsan psixologiyası çox asanlıqla yanıla bilir və beynimiz daha əvvəl öyrəndikləri ilə ilk dəfə gördüklərini tamamilə əlaqəsiz olsa da bir-birlərinə bənzətməyə çalışır. Elmdə "pareidolia" adlanan bu "aldanma" çox zaman maraqlı bənzətmələr ortaya çıxardır.

"Psixoloji və neyrokoqnitiv mexanizmlər" Pareidoliyanın yaranmasında insanın nümunələri tanımaq qabiliyyətinin, əvvəlki təcrübəsinin və gözləntilərinin rolu ola bilər. Məsələn, qeyri-müəyyən görüntülərdə insan sifətinə bənzər formaların seçilməsi bu hadisənin geniş yayılmış nümunələrindəndir.

“Pareidoliyanın digər qavrayış hadisələrindən fərqi” Pareidoliya özlüyündə psixi xəstəlik hesab edilmir və sağlam insanlarda da müşahidə oluna bilər. Bu hadisədə insan real xarici stimulun xüsusiyyətlərini tanış obraza bənzədir. Hallüsinasiya isə müvafiq xarici stimul olmadan qavrayış təcrübəsinin yaranmasını ifadə edə bilər.

Pareidolia ümumiyyətlə dəqiq olaraq görülə bilməyən əşya və ya hər hansı bir tikilini daha əvvəldən bilinən əşyaya bənzətmə şəklində qarşımıza çıxmaqdadır. Buna misal olaraq, bəzən hər hansı şirniyyat üzərində məşhur bir adamı görmə, buludlarda şəkillər görmə, aşağı keyfiyyətli fotoşəkillərdə yadplanetlilər və ya insan üzləri görmə, geriyə verilən kaset və CD-lərdə gizli mesajlar eşitmə və s. kimi vəziyyətləri göstərmək olar.

Bu vəziyyət, sinir elmində təsadüfi gələn siqnallara beynin hal-hazırda bilinən bir məlumatı çağırmasıyla verdiyi reaksiya olaraq bilinməkdədir, yəni əlaqəsiz məlumatlar arasında əlaqə quraraq yaranan sual işarələrini aradan qaldırma üsulu olaraq görülür. Bu, beynin ziddiyyət təşkil edən verilənləri həll etməsi üşün inkişaf etdirdiyi qüsurlu üsullardan yalnız biridir.

Kateqoriya:Qavrayış Kateqoriya:Forteana Kateqoriya:Optik illüziyalar Kateqoriya:Koqnitiv təhriflər