Faten Hamama (), əsl adı — Faten Əhməd Hamama (), (27 may 1931, Əl-Mənsura, Misir — 17 yanvar 2015) — Misir aktyoru

Həyatı Faten Hamama 27 may 1931-ci ildə Misirdə doğulmuşdur.

Hamama ötən əsrin 50-70-ci illərində olduqca yüksək populyarlığa malik idi. 10 yaşından etibarən kinoya çəkilən aktrisa 100-dən çox ekran əsərində rol alıb. Misirin ən tanınmış rejissorları ilə işləyib.

1955-ci ildə misirli aktyor Ömər Şəriflə evlənən aktrisa 20 il onunla ailə həyatı sürüb və daha sonra boşanıb.

Karyerasında son filmə 1993-cü ildə çəkilən aktrisa bir sıra Amerika və Avropa istehsalı filmlərdə də rol alıb.

Aktrisa eyni zamanda "Qızıl qlobus" mükafatının sahibidir.

Ərəb aktrisa Faten Hamama 17 yanvar 2015-ci ildə Misirdə 83 yaşında vəfat edib.

İstinadlar

Kateqoriya:Misir aktyorları Kateqoriya:Qızıl Qlobus mükafatı laureatları Kateqoriya:Misirdə doğulanlar Kateqoriya:Misirdə vəfat edənlər Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:Misir müsəlmanları