Zəriflik sözləri () — kinorejissor Ceyms L. Bruksun Larri Mak Mörtinin eyniadlı romanı əsasında ssenari yazdığı, çəkdiyi və prodüserliyini etdiyi 1983-cü il melodram filmi. Film otuz il ərzində ana Avrora Qrinuey və qızı Emma arasında münasibətlərindən bəhs edir. Filmin əsas hissəsi incə və sarkastik yumorla zəngin olub, üslubuna görə komediyanı xatırladır. Lakin filmin sonu kifayət qədər dramatikdir. Bu film bütün həyatını qızına həsr etmiş yaşlı qadının aşiq olmağa özünə icazə verməsi barədə hekayədir.. Film 11 nominasiyada Oskara namizəd göstərilmiş və ən yaxşı film nominasiyası da daxil olmaqla 5 nominasiyada qalib olmuşdur.

Film haqqda Film Lerri Makmertinin romanının təmiz ekranlaşdırılmış variantı deyil belə ki, Cek Nikolsonun personajı filmin ssenari müəllifi və rejissoru Ceyms Bruks tərəfindən xüsusi olaraq əlavə edilmişdir. İkinci rol oynamasına baxmayaraq Nikolson düşünmədən filmdə rol almağa razılıq vermişdir. O, filmdə ən çox komik epizodlarda çəkilməkdən zövq almışdır..

Roman teatr tamaşası üçün adaptasiya edilmişdir. Eyniadlı tamaşa Londonda uğurla səhnələşdirilmişdir. BBC film və tamaşanı müqayisə etdiyi tənqidi məqalədə tamaşaya üstünlük verib filmiz "uzadılmış" xarakteristikası vermişdir..

Rollarda Aktyor Rol Troy Bishop Tommy Horton Lisa Hart Carroll Petsi Klark Jeff Daniels Flap Horton Denni De Vito Vernon Dalhart Huckleberry Fox Teddy Horton Betty King Rosie Dunlop John Lithgov Sam Burns Şirli Makleyn Aurora Greenvay Cek Nikolson Garrett Breedlove Debra Vinger Emma Greenvay Horton

İstinadlar

Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:1983-cü ilin ABŞ filmləri Kateqoriya:Ölüm haqqında filmlər Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:1960-cı illər haqqında filmlər Kateqoriya:İngilis dilində romantik komediya-dram filmləri Kateqoriya:Ən yaxşı drama filminə görə Qızıl Qlobus mükafatını alan filmlər Kateqoriya:Disfunksional ailələr haqqında filmlər Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:1980-ci illər haqqında filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:ABŞ-nin romantik komediya-dram filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:1970-ci illər haqqında filmlər Kateqoriya:Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı qaliblərinin çıxış etdikləri filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Aldatma haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:Ana-qız münasibətləri haqqında filmlər Kateqoriya:1983-cü ilin filmləri Kateqoriya:Kosmonavtlar haqqında filmlər