Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018).

Həyatı Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980–85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982–1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995–1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997–2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirib.

20 yanvar 2025-ci ildə vəfat edib.Əməkdar artist Mövsüm Hüseynov vəfat edib

Mükafatları 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı? (film, 2011) Fədakar (film, 2015)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları