Canavarlarla rəqs () — tarixi dram filmi. Filmin rejissoru və baş rol ifaçısı Kevin Kostnerdir. O, bu filmin üzərində 5 ildən artıq işləmişdir. Filmin premyerası 1990-cı il 19 oktyabrda Vaşinqtonda baş tutmuşdur. Filmdəki dialoqların çoxu Amerika hindu qəbilələrindən biri olan siuların dilinin lakota dialektindədir və altyazı ilə müşayiət olunur.
22 milyon ABŞ dolları büdcə ilə çəkilmiş film, qazandığı böyük uğur sayəsində 424 milyon dollar gəlir gətirdi. Film 7 Oskar mükafatı, o cümlədən, "Ən yaxşı film" nominasiyasında, həmçinin "Ən yaxşı dram filmi"nə görə Qızıl Qlobus mükafatını qazandı. Filmdəki səhnələr Cənubi Dakota və Vayominqdə çəkilmiş və Sinte Qleksa Universitetinin Lakota tədqiqatları şöbəsinin müdiri Albert Vayt Het tərəfindən tərcümə edilmişdir.
Süjet
Rollarda
Kevin Kostner — Leytenant Con Danbar / Canavarlarla Rəqs Edən (Lakota: Šuŋgmánitu Tȟáŋka Ób Wačhí) Meri Makdonnell — Yumruqla Dayanan (Napépȟeča Nážiŋ Wiŋ) Qrem Qrin — Zərbəvuran Quş (Ziŋtká Nagwáka) Rodni A. Qrant — Onun Saçında Küləklər (Pȟehíŋ Otȟáte) Floyd Red Krou Vesterman — On Ayı (Matȟó Wikčémna) Tantu Kardinal — Qara Örtük (Šiná Sápa Wiŋ) Cimmi Herman — Daş Buzov (Íŋyaŋ Ptehíŋčala) Natan Li Çeyzinq His Horse — Çox Gülən (Iȟá S’a) Maykl Spirs — Susamuru (Ptáŋ) Ceyson R. Lon Hill — Soxulcan (Waglúla) Çarlz Roket — leytenant Elcin Robert Pastorelli]] — Timmons Larri Coşua — serjant Bauer Toni Pirs — Spivi Kirk Baltz — Edvards Tom Everett — serjant Pepper Mori Çaykin — mayor Fambro Ues Styudi — Paunilərin rəhbəri Ueyn Qreys — Bələdiyyə başçısı
Maraqlı faktlar 2007-ci ildə ABŞ Konqres kitabxanası "Canavarlarla rəqs"i Mill Film Reyestrinə daxil etdi. Lakota qəbiləsi Kevin Kostneri öz fəxri üzvlüyünə qəbul edib. Orijinal əsərdə komançi qəbiləsindən bəhs edilsə də, filmdə siu qəbiləsi təsvir edilir. Filmdə Doris Lider Çarc (1931-2001) lakota dilindəki söhbətlərin quruluşçusu idi və qəbilə başçısı On ayının həyat yoldaşını canlandırırdı.
İstinadlar
Xarici keçidlər Arxivləşdirilmiş veb-sayt: http://web.archive.org/web/*/http://www.danceswithwolves.net/
Kateqoriya:1990-cı ilin filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Amerikanın yerli əhalisi haqqında filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:Ən yaxşı drama filminə görə Qızıl Qlobus mükafatını alan filmlər Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:İngilis dilində vestern filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:ABŞ-nin vestern filmləri Kateqoriya:ABŞ-nin tarixi dram filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:1990-cı illərin dram filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Orion Pictures filmləri Kateqoriya:ABŞ Ordusu haqqında filmlər Kateqoriya:İntihar haqqında filmlər