– 2007-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Makoto Şinkaydir.

Məzmun Film baş qəhrəman Takaki Tononun heyatının 10 ildən çox müddətini əhatə edir və 1990-cı illərin ortalarından başlayan üç hekayədən ibarətdir.

Tam olaraq anime 3 hissədən ibarətdir — (Sevgi, zaman və məsafə haqda üç hekayə): Çiçəklənən sakura — Okasho (桜花抄) Kosmonavt — Cosmonaut (コスモナウト) Saniyədə 5 santimetr — Byosoku 5 Senchimetoru (秒速5センチメートル).

Mənzərələr və adi səhnələrin çoxu Yaponiyada olan real yerlərin əsasında çəkilmişdirКоллекционное двухдисковое издание "Пять сантиметров в секунду", Диск 2, Фотогалерея. — Реанимедиа, 2008.

Birinci hekayə: Çiçəklənən sakura İbtidai məktəbi bitirdikdən sonra Takaki Kono və onun yaxın rəfiqəsi Akari Şinoharaayrılmalı olurlar. Akarini Toçiqi prefekturasında yerləşən məktəbə göndərirlər, Takaki isə təhsilini Tokiodaki orta məktəbdə davam etdirir. Onlar biri birinə məktub yazır və yenidən hisslərini paylaşa bilməkdən sevinc hissləri keçirirlər. Lakin bir vaxt sonra Takakinin ailəsi Kaqoşima prefekturasına köçməli olurlar. Buna görə o, Akarilə görüşmək istəyir. Takaki görüşə qatarla, bir neçə keçidlə yola düşür, lakin güclü qar yağdığından qatarlar gecikir…

İkinci hekayə: Kosmonavt Takaki Taneqaşima kosmik mərkəzinin yerləşdiyi Taneqaşima adasındaki orta məktəbə qəbul olunur. Elə ilk gündə Kanae Sumida Tokodan gələn oğlana vurulur. O, Takakini dəlicəsinə sevdiyini anlayır, hər dəqiqə onun haqda düşünür, onunla bir olmaq istəyir, lakin hisslərini ona açıqlaya bilmir və neçə ildir ki ona qarşı cavabsız hisslər keçirir.

1999-cu il. Kanaenin Takakiyə qarşı hissləri artır və tədris ilinin sonuna yarımil qalmış ona qarşı keçirdiyi hissləri etiraf etməyə qərarına gəldi.

Makoto Şinkay bu hissənin onun sevimli olduğunu etiraf edir.

Üçüncü hekayə: Saniyədə 5 santimetr Takaki Tononun başı işə qarışıb və o vaxtın necə tez keçdiyinə fikir vermir. Hal bu ki, institutu bitirdikdən artıq neçə il keçib, Takaki üç il birgə yaşadığı qızla ayrılır.

2008-ci ilin baharının əvvəlində Takaki işdən çıxır. Buna eyni zamanda xeyli səbəbin və heç bir səbəbin olmadığını düşünür. Sakit bir gün o, ayaqla bir zaman Akarilə birlikdə sakuranın gül açmağını izlədiyi dəmiryolu keçidinə çatır. Takaki bir qıza qarşı hərəkət edir. Onun yanından keçəndən sonra onun Akari olduğunu anlayır və onun tərəfə çöndükdə qız da onun tərəfə mütləq çönəcəyini hiss edir.

Çönərək Takaki Akarinin də çöndüyünü görür, lakin onların biri birinə baxmağına qatar mane olur. Qatar ötdükdən sonra isə Akari artıq getmiş oldu.

Saundtrek

Musiqi bəstəkar Temmon tərəfindən bəstələnmişdi. O, Makoto Şinkayın başqa filmlərinə də musiqini bəstələmişdi.  — 4:51  — 1:41  — 1:09  — 2:19 Kiss — 3:13  — 1:47  — 1:40  — 2:00  — 1:41 END THEME — 2:52 One more time, One more chance PIANO ver. (Bonus Track) — 5:00

Masayoşi Yamadzakinin ifasında olan "One more time, one more chance" mahnısının seçimini rejissor onu bütün yaponların tanıdığları və əlavə asossiyaların sözlərin demədiklərini catdıra biləcəyi ilə bağlayırКоллекционное издание "Пять сантиметров в секунду", Диск 1, Интервью с Макото Синкаем. — Реанимедиа, 2008.

Personajlar Personaj Haqqında Takaki Tono Filmin əsas qəhrəmanı. O valideynlərinin işinə görə tez tez köçür. Akari Şinohara Takakinin ən yaxın dostu. Takaki kimi, o və ailəsi tez tez köçür. Kanae Sumida Takakinin məktəb yoldaşı. Kanaenin bacısı Kanaenin oxuduğu məktəbdə müəllimədir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax Pom Poko Wicked City Vampir ovçusu D: Qana susama

Kateqoriya:2007-ci ilin anime filmləri Kateqoriya:2010-cu ilin manqaları Kateqoriya:ADV Films Kateqoriya:Orijinal ssenari ilə çəkilmiş anime filmləri Kateqoriya:Bandai Entertainment anime başlıqları Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Yaponca filmlər Kateqoriya:Yaponiya romanları Kateqoriya:Kodansha manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Saytama prefekturası haqqında filmlər Kateqoriya:Toçiqi prefekturası haqqında filmlər Kateqoriya:Kaqoşima prefekturası haqqında filmlər Kateqoriya:Tokio haqqında filmlər Kateqoriya:Uydurmada 1990-cı illər Kateqoriya:Uydurmada 2000-ci illər Kateqoriya:Vertical komiks başlıqları Kateqoriya:Discotek Media Kateqoriya:2025-ci ilin filmləri Kateqoriya:Yetkinliyə çatma haqqında anime və manqalar Kateqoriya:2007-ci il haqqında filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:2008-ci il haqqında filmlər Kateqoriya:Anime filmləri Kateqoriya:1999-cu il haqqında filmlər Kateqoriya:Antologiya filmlər