Coanna Hiffernan qısa olaraq Co (; ) — İrlandiya modeli, Ceyms Uistler və Qustav Kurbenin rəsm əsərlərinin əsas obyekti, eyni zamanda Ceyms Uistlerin sevgilisi. Coanna Hiffernanın təsvir olunduğu ən məşhur tablolar "Ağ simfoniya № 1, ağ geyimli qız", "Ağ simfoniya № 2, ağ geyimli qız", "Ağ simfoniya № 3, ağ geyimli qız", "Gözəl irland qadını" və "Yuxu" hesab olunur.
Həyatı Coanna irland Patrik və Katerin Hiffernanın ailəsində 1843-cü ildə dünyaya gəlmişdir. Rəssam Ceyms Uistler ilə ilk tanışlığı London atelyelərinin birində olmuşdur. Coannanın Uistlerə ilk dəfə çəkiliş üçün duruşu "Ağ simfoniya № 1, ağ geyimli qız" tablosu ilə əlasqəli olmuşdur.
Uistler Coannanın gözəlliyini dostu Anri Fantin-Latura 1861-ci ildə yazdığı məktubda belə ifadə edirdi:
Uistlerin anası və əqrabası onun Coanna ilə əlaqəsindən çox narazı idilər. Onların gözündə model xidməti göstərən Coanna həmin dövürün dedi-qodularına görə bir faişə idi. Uistlerin anası Londona oğlunu ziyarətə gələrkən rastlaşmamaq üçün Coanna müvəqqəti olaraq mənzili tərk etməyə məcbur olurdu.
Uilster Coannaya saçlarının rənginə görə atəşli Co ləqəbini qoymuşdur. 1865-ci ildə Normandiya sahillərindəki Truvilldə Uilster Coannanı Qustav Kurbe ilə tanış edir. Elə həmin il Kurbe "Gözəl irland qadını" tablosunu və Conun portret eskizini çəkir. 1866-cı ildə Uilster Valparaisoda olanda, Parisə "Yuxu", "Dünyanın mənşəyi" tablosu üçün çəkiliş duruşuna gələn Coanna ilə Qustav Kurbe arasında eşq məcarası başlayır. Valparaisodan qayıtdıqdan sonra bundan xəbər tutan Uistler Coannanı atır.
İstinadlar
Kateqoriya:Rəssamların modelləri Kateqoriya:1843-cü ildə doğulanlar Kateqoriya:1903-cü ildə vəfat edənlər Kateqoriya:Muzalar