Şamaxı quberniyası () — Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Şamaxı şəhəri idi. Əhali 1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Bakı, Şamaxı, Lənkəran, Nuxa və Şuşa qəzalarını əhatə edən Şamaxı quberniyasının əhalisi 319.923 nəfəri kişilər, 283.083 nəfəri qadınlar olmaqla 603.006 nəfər idi.О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LXII. Шемахинская губернiя, стр. 154. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu.
Hərbi qubernatorlar Baron Aleksandr Yevstafyeviç Vrangel 1846-1850 Sergey Qavriloviç Çelyayev, 1850-1857 Konstantin Davıdoviç Tərxan-Mouravov, 1857-1859
Mənbə О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LXII. Шемахинская губернiя, стр. 154. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр. Qeydlər
İstinadlar
Kateqoriya:1846-cı ildə yarananlar Kateqoriya:Şamaxı quberniyası Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:XIX əsrdə Azərbaycan