Dərbənd qəzası () — Rusiya imperiyası (Dərbənd quberniyası və Dağıstan vilayəti tərkibində) və RSFSR–in (Dağıstan MSSR–də) tərkibində, 1840–1860–cı illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dərbənd şəhəri idi.

Dərbənd, Tabasaran və Qaraqaytaq əyalətləri 1840–cı ildə birləşdirildi və Dərbənd qəzası adlandırıldı, Dərbənd şəhəri isə qəza şəhəri statusu aldı.Глава третья. Дербенть оть 1806 до 1860 г., стр. 197. // Исторiя города Дербента. Кь столѣтiю присоединенiя Дербента кь Россiйской Имперiи. 1806 – 1906. Составиль Е. И. Козубскiй, дѣйствительный члень-секретарь Дагестанскаго статистическаго комитета. Сь 26 рисунками. Темирь-Хань-Шура: "Русская типографiя" В. М. Сорокина, 1906, 468 стр.

Dərbənd qəzasının sərhədləri təxminən keçmiş eyniadlı xanlığın sərhədləri ilə üst-üstə düşürdü. 1850-ci ilə olan məlumata əsasən qəza ərazisində hər iki cinsdən cəmi 19.287 nəfər əhali yaşayırdı.Тифлис, Канцелярии Наместника Кавказского. 1850. "Кавказский календарь на 1851 год", стр. 130 Onlar imperiya büdəcəsinə ildə 7.200 gümüş rubl vergi ödəyirdilər. Qəzanın inzibati mərkəzi keçmiş xanlığın da paytaxtı olmuş Dərdənd şəhəri idi. 1850-ci ilə olan məlumata əsasən Dərbənd şəhərində yerləşən 460 evdə təxminən 2 min nəfər əhali yaşayırdı.Тифлис, Канцелярии Наместника Кавказского. 1850. "Кавказский календарь на 1851 год"./Оглавление: Глава — Отделение третье, стр.131 1851-ci ilə olan məlumata əsasən Dərbənd şəhəri 70 kvadrat verst ərazini əhatə edirdi.Тифлис, Канцелярии Наместника Кавказского. 1851. "Кавказский календарь на 1852 год", стр. 319 1851-ci ilə olan məlumata əsasən şəhərdə yaşayan daimi əhalinin sayı 5.755 nəfəri kişilər, 6.297 nəfəri qadınlar olmaqla cəmi 12.052 nəfər idi.Тифлис, Канцелярии Наместника Кавказского. 1851. "Кавказский календарь на 1852 год", стр. 321 1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən qəzada 30.676 nəfəri kişilər, 33.021 nəfəri qadınlar olmaqla toplam 63.697 nəfər əhali yaşayırdı, onlardan 5.804 nəfəri kişilər və 6.409 nəfəri qadınlar olmaqla toplam 12.213 nəfəri Dərbənd şəhərinin əhalisi idi.О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: XII. Дербентская губернiя, стр. 47. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр. 1853–cü ilə olan məlumata əsasən 31.371 nəfəri kişilər, 33.615 nəfəri qadınlar olmaqla qəzanın bütün yaşayış yerlərində 64.986 nəfər əhali var idi, onlardan 5.978 nəfəri kişilər, 6.673 nəfəri qadınlar olmaqla toplam 12.651 nəfəri Dərbənd şəhərində məskunlaşmışdı.О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: XII. Дербентская губернiя, стр. 48. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.

Mənbə О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: XII. Дербентская губернiя, стр. 42 – 49. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр. Глава третья. Дербенть оть 1806 до 1860 г., стр. 139 – 247. // Исторiя города Дербента. Кь столѣтiю присоединенiя Дербента кь Россiйской Имперiи. 1806 – 1906. Составиль Е. И. Козубскiй, дѣйствительный члень-секретарь Дагестанскаго статистическаго комитета. Сь 26 рисунками. Темирь-Хань-Шура: "Русская типографiя" В. М. Сорокина, 1906, 468 стр.

Qeydlər

İstinadlar

Kateqoriya:1840-cı ildə yarananlar Kateqoriya:Dərbənd quberniyasının qəzaları