Hatay arxeologiya muzeyi və ya Antakya arxeologiya muzeyi — antik dövrə aid əsərlərin toplandığı bir incəsənət muzeyidir.

Qədim arxeologiya muzeyi Antakya Cümhuriyyət dövründə Asi çayı kənarında və körpü yaxınlığında yer alırdı. Aktiv olduğu dövrdə dünyanın ən böyük üçüncü mozaika muzeyi və mozaika eksponat kolleksiyasına malik idihttp://www.ntv.com.tr/yasam/emektar-muze-66-yildir-hatayda-hizmet-veriyor,u_dCfjQXEkm-EsOvi-EZ0A |başlık=Emektar müze 66 yıldır Hatay’da hizmet veriyor |yazar= |tarih=29 Aralık 2014 |eser= |yayıncı=NTV.com.tr |erişimtarihi= 29 Aralık 2014}}. Muzeydə Hitit, Helenistik, Roma və Bizans dövrlərinə aid olan və Hərbiye, Antakya, Atçana, Seleukia Pieria ilə İsgəndəriyyədən tapılmış eksponatlar nümayiş etdirirdi. Bu əsərlərin əksəriyyəti, 1932-1939 illər arasında aparılan qazıntı işləri nəticəsində aşkar edilmişdir.

Dövründə dünyanın ən böyük ikinci arxeologiya muzeyi ünvanını daşıyan Hatay arxeologiya muzeyinin tikinti işlərinə 1934-cü ildə başlanılıb. Bu tikinti işləri 1932-ci ildə Antakya və ətrafında başlayan qazıntı işlərindən ruhlanaraq və Fransız arxeoloqu M. Prostun tövsiyəsi ilə başlanılmışdır. Muzey binası 1938-ci ildə tamamlanıb, və bir il sonra Hatay, Türkiyə Cümhuriyyətinin bir vilayəti oldu. Muzey 23 iyul 1948-ci il tarixində xidmətə açıldı. 1975-ci İldə muzey yenidən təmir olunub.

Hatay arxeologiya muzeyinin kolleksiyası səkkiz sərgi salonu və həyətində nümayiş etdirirdi. Əsərlər yerləşdiyi məkanlara uyğun olaraq təşkil olunmuşdu. Otaqlar böyük pəncərələrlə dolu olduğundan təbii işığın bol olması təmin olunurdu. Etiketlərin çoxu da Türk və İngilis dilindədi.

Yeni arxelogiya muzeyi İnşasına 2011-ci ildə başlanan yeni muzey ümumilikdə 32.754 kvadratmetr qapalı sahə, 10.700 kvadratmetr sərgi sahəsi və 3500 kvadratmetr nümayiş etdirilən mozaikayla dünyanın ən böyük mozaika muzeyi olacaq şəkildə inşa edilmişdirhttp://www.radikal.com.tr/turkiye/dunyanin_en_buyuk_mozaik_muzesi_aciliyor-1202752 |başlık=Dünyanın ən büyük mozaik muzeyi açılır |yazar= |tarih=19 Temmuz 2014 |eser= |yayıncı=Radikal |erişimtarihi= 29 Aralık 2014}}. Yeni muzey binası 28 dekabr 2014-cü ildə keçirilən rəsmi mərasimlə dövrün baş naziri Əhməd Davudoğlu tərəfindən açılmışdır.

İstinadlar

Xarici keçidlər

Dünyanın ikinci böyük mozaika sərgiləmə sahəsinə malik Hatay Arxeologiya Muzeyi Baş nazir Əhməd Davudoğlu tərəfindən açılıb. Hatay arxeologiya muzeyinin tarixi

Kateqoriya:Türkiyə–Suriya zəlzələsindən (2023) zərər çəkmiş tikililər Kateqoriya:Türkiyədəki arxeologiya muzeyləri Kateqoriya:1934-cü ildə Türkiyədə yarananlar