Siril Norman Hinşelvud (19 iyun 1897, London - 9 oktyabr 1967, London) — 1956-cı ildə Nikolay Semyonovla birlikdə Kimya üzrə Nobel mükafatı alan ingilis alimi. Xüsusilə kimyəvi reaksiya mexanizmləri üzərindəki tədqiqatları ilə tanınır. Hidrogenin yanması, oksigenin su əmələ gətirməsi kimi zəncirvari reaksiyaların mexanizmini və sürətini öyrənmişdir. Son illərindəki tədqiqatlar antibiotik sahəsində istifadə olunacaq bakterial hüceyrə divarlarında gedən reaksiyalar üzərində olmuşdur.
Həyatı
İlk illər
19 iyun 1897-ci ildə Londonda anadan olmuşdur. Vestminster şəhər məktəbində və Oksford universitetində təhsil almış və Oksforddan lizensiyalı dərəcə almışdır. Sırası ilə Balliol, Triniti və Ekseter kolleclərində işləmişdir. 1921-1937 illərində Triniti kollecində dərslər vermişdir. 1937-ci ildən Oksford Universitetində professor kimi işləməyə başlamışdır. Həmin dövrdə İngiltərə hökumətinə elm sahəsində köməklik göstərmişdir. 1929-cu ildə London Kral Cəmiyyətinə seçilmişdir. 1955-1960 illərdə bu quruma başçılıq etmişdir. 1948-ci ildə Ser titulu qazanmışdır. 1960-cı ildə Ləyaqət nişanına layiq görülmüşdür.
Tədqiqatları
İlk illərdə kimya kinetikası üzərində olmuşdur. Bu mövzuda 1926-cı ildə "Tələbələr üçün Kimyəvi reaksiya və Kimya Termodinamikası" adlı kitabı yazmışdır. Bu kitabın dördüncü nəşri 1940-cı ildə baş vermişdir. 1940-cı ildən sonra bakterial hüceyrə divarlarında gedən reaksiyalara və bakteriyaların mühitin dəyişməsinə verdikləri reaksiyalara fizika kimya əsasında açıqlama gətirməyə çalışmışdır. Antibiotik sahəsindəki işləri də vacibdir. 1946 ildə "Bakteriya Hüceyrəsinin Kimyəvi Kinetikası" adlı kitabı nəşr olunmuşdur. Ən son kitabı 1951-ci ildə nəşr olunmuş "Fiziki Kimyanın Strukturu"dur.
1946-1948-ci illərdə Kimya Cəmiyyətinin, 1961-1962 illərdə Faradey Cəmiyyətinin başçısı olmuşdur.
Oksford Universitetindən fəxri hüquq doktoru, Bristol, Kembric, Dublin, Hall, Lids, Şeffild, Uels və Ottava Universitetlərindən fəxri dərəcə almışdır. Heç vaxt evlənməmişdir. 1967-ci ildə Londonda vəfat etmişdir.
Mükafatları
Bir çox mükafat qazanmışdır:
Mükafat İl Təqdim edən Lavosye medalı 1936 Fransa Kimya Cəmiyyəti Deyvi medalı 1942 London Kral Cəmiyyəti Royal medalı 1947 London Kral Cəmiyyəti Lonqstaf medalı 1948 — Quldberq medalı 1952 Oslo Universiteti Kimya üzrə Nobel mükafatı 1956 Nobel Komitəsi Leverhulm medalı 1960 — Kopli medalı 1962 London Kral Cəmiyyəti
Kitabları
Həyatı boyunca fiziki kimya və kimya sahəsində, həmçinin bioloji kimyada işlər aparmış, bir neçə kitabı nəşr olunmuşdur: "Kimya Tələbələri üçün Termodinamika" (1926) "Qaz Sistemlərində Kimya Kinetikası Dəyişməsi" (1933) "Kimyəvi Dəyişmənin Kinetikası" (1940) "Bakterial Hüceyrənin Kimyəvi Kinetikası" (1946) "Biologiya və Kimya arasında bəzi əlaqələr" (1949) "Fiziki Kimyanın Strukturu" (1951)
İstinadlar
Kateqoriya:Londonda doğulanlar Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:İngilis kimyaçılar Kateqoriya:İngiltərə kimyaçıları Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Oksford Universitetinin müəllimləri Kateqoriya:London İmperial Kollecinin müəllimləri Kateqoriya:Cəngavər bakalavrları