Qasıq dağcığı () — qasıq bitişməsi nahiyəsində olan hündürlüyə deyilir. Qadınlarda bu hündürlük üçbucaq şəklindədir. Bu üçbucağın əsası yuxarı, zirvəsi isə aşağı baxır. Yuxarıdan qasıq şırımı () yantərəflərdən isə çanaq-bud şırımı () vasitəsilə əhatə olunmuşdur. Qasıq dağcığında dərialtı piy təbəqə yaxşı inkişaf etmiş, qalınlığı 2-3 sm-ə çatır. Kök qadınlarda isə 5-8 sm-ə çata bilir. Buradakı piy təbəqəsi birləşdirici toxuma arakəsmələri ilə paycıqlara bölünmüşdür. Bu arakəsmələr dəridən başlayaraq qasıq sümüklərinin sümüküstlüyünə bitişir. Qasıq dağçığı qıvrım tüklərlə () sıx örtülüdür. Qasıq dağcığı aşağı doğru böyük cinsiyyət dodaqlarına () keçir. Qadınlar üçün, qasıq dağcığı vulvanın ön hissəsini meydana gətirir.https://www.sciencedirect.com/topics/agricultural-and-biological-sciences/mons-pubis
İstinadlar
Kateqoriya:Cinsiyyət üzvləri