Ataəmi Mirzəyev (tam adı: Ataəmi Balababa oğlu Mirzəyev; ) — filologiya elmləri doktoru, ədəbiyyatşünaslıq sahəsində tanınmış füzulişünas alim, mətnşünas, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisi, "Füzulişünaslıq" sektorunun müdiri, filologiya elmləri doktoru, professor. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası nəzdində fəaliyyət göstərən Filologiya elmləri üzrə ekspert şurasının sədri (2016-2018).

Həyatı Ataəmi Bala Baba oğlu Mirzəyev 25 may 1965-ci ildə Bakı şəhəri, Kürdəxanı qəsəbəsində anadan olmuşdur.

Təhsili 1972–1982-ci illərdə 113 saylı orta məktəbdə təhsil alıb. 1989-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aspiranturanı bitirib. 1994-cü ildə "Klassik Azərbaycan-türk ədəbiyyatında "Yusif və Züleyxa" mövzusu (ilkin qaynaqlar və onların poetik təcəssümü)" adlı dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 2012-ci ildə "Azərbaycan bədii tərcümə tarixində Füzuli mərhələsi" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

Elmi-pedaqoji fəaliyyəti 1989–1990-cı illərdə Bakıda 1 saylı internat məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1994-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb. Hazırda həmin şöbənin baş elmi işçisidir. 2000/2020-ci tədris illərində 6 saylı məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 2009/2010-cu tədris ilində Bakı Dövlət Universitetinin filologiya fakültəsində əruz vəznini tədris edib. 2018/2019-cu tədris ilində Bakı Dövlət Universitetinin filologiya fakültəsində müəllim işləyib.

Yaradıcılığı Klassik Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi; Anadilli epik şeirin inkişaf yolları; Azərbaycan bədii tərcümə tarixi; Füzulinin bədii tərcümə yaradıcılığı. Mətnşünaslıq Azərbaycan Divan ədəbiyyatının poetikası

Kitabları Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis. Bakı: Ozan, 1997 Füzulinin "Hədiqətüs-süəda" əsəri orta əsrlər tərcümə abidəsi kimi. Bakı: Nurlan, 2001 Azərbaycan bədii tərcümə tarixi və Füzuli. Bakı: Avropa, 2009 Azərbaycan epik şeirinin təşəkkül dövrü. Bakı: Elm və təhsil, 2016 XIII-XVI əsrlər Azərbaycan epik şeiri. Bakı: Avropa, 2017 Füzulinin “Tərcümeyi-Hədisi-ərbəin” əsəri. Füzuli kitabxanası (kitablar seriyası).  VII kitab. Bakı, Elm və Təhsil, 2024

Dərs vəsaitləri

Ədəbiyyat. Dərs vəsaiti. Bakı, Abiturtiyent, 2010–2018 (Kollektiv) Ədəbiyyat. İmtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait (həmmüəllif). Dövlət İmtahan Mərkəzi. Abituriyent, Bakı, 2022, 560 s. Ədəbiyyat (ümumtəhsil müəssisələrinin 11-ci sinfi üçün kitab). DİM – “Abituriyent” – 2023, 160 səh. (həmmüəllif) Ədəbiyyat (ümumtəhsil müəssisələrinin 10-cu sinfi üçün kitab). DİM – “Abituriyent” – 2023, 174 səh. (həmmüəllif) Ədəbiyyat (ümumtəhsil müəssisələrinin 8-9-cu sinfi üçün kitab). Dim – “Abituriyent” – 2023, 150 səh. (həmmüəllif) Ədəbiyyat (ümumtəhsil müəssisələrinin 5-7-ci sinfi üçün kitab). DİM – “Abituriyent” – 2023, 142 səh. (həmmüəllif) Azərbaycan dili (ümumtəhsil müəssisələrinin 10-cu sinfi üçün kitab). DİM – “Abituriyent” – 2023, 216 səh. (həmmüəllif) Azərbaycan dili (ümumtəhsil müəssisələrinin 11-ci sinfi üçün kitab). DİM – “Abituriyent” – 2023, 214 səh. (həmmüəllif)

İstinadlar

http://science.ab.az/forms/doktora-nauk-instituta-literaturyi/1907 http://www.literature.az/userfiles/file/Ataemi_Mirzoyev.pdf http://www.turkishstudies.net/Makaleler/2132543652_mirzayevataemi1396.doc.pdf http://kulturevreni.com/7-197.pdf

Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan mətnşünasları Kateqoriya:Azərbaycanlı mətnşünaslar