Nevelskoy boğazı — Avrasiya materikini Saxalin adasından ayırır. Tatar boğazını Amur limanı ilə birləşdirir. Uzunluğu 56 km, eni ən dar yerdə 7,3 km təşkil edir. Dərinliyi 7,2 m-dir. Boğaz Q. İ. Nevelskoyun şərəfinə onun soyadı verilmişdir. O boğazı 1849-cu ildə üzərək keçmişdir. Stalinın dönəmində boğaz ərazisindən Saxalin adasına tunel çəkilişi planlaşdırılır ancaq layihə tam reallaşdırıla bilinmir. Bu məsələ günümüzdə öz aktuallığını itirməsə də, bununla bağlı bir tədbir görülmür. Digər layihələr arasında damba və körpü tikintisi də vardır. Alimlərin fikrincə gələcəkdə Xabarovsk və Primorsk vilayətlərinin havası isinəcək. Digərləri isə Primorsk soyuq cərəyanının istiləşməyə imkan verməyəcəyini bildirirlər.
Mənbə Yaponiyanın Saxalin adası və Nevelskoy boğazı vastəsi ilə materikə çıxış layihəsi
Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Saxalin vilayətinin boğazları Kateqoriya:Xabarovsk diyarının boğazları Kateqoriya:Rusiyanın Sakit okean sahili Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar Kateqoriya:Saxalin vilayətinin su obyektləri