Qanlı zəmi filmi rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film 1-ci kateqoriyaya layiq görülüb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov ifa edirlər.Başıbəlalı "Qaçaq Nəbi" filmi: [filmin çəkilişləri haqqında kinorejissor Əbdül Mahmudovun fikirləri] //Azadlıq. — 2014.- 14 iyul.- S.13.

Məzmun XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.

Film haqqında O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar. Səbəb olaraq Qaçaq Nəbinin vaxtilə ermənilərə divan tutmasını göstərmişdilər. Lakin onlar Qaçaq Nəbiylə başqa bir qəhrəman olan Qara Nəbini qarışdırmışdılar. Uzun çək çevirdən sonra ermənilər məqsədlərinə çata bilmədilər. Yalnız filmin adının dəyişdirilməsinə nail ola bildilər. İstehsalı uzun çəksə də nəhayət 1985-ci ildə film çəkildi və çox böyük uğurla nümayiş etdirildi.

Festivallar və mükafatlar 1986-cı ildə ssenari müəllifi Əhmədağa Qurbanova, quruluşçu rejissorlar Əbdül Mahmudov və Həsənağa Turabova, quruluşçu operator Kənan Məmmədova, quruluşçu rəssam Kamil Nəcəfzadəyə, geyim rəssamı Kazım Kazımzadəyə, bəstəkar Emin Sabitoğluna, aktyor Gümrah Rəhimova və aktyor Rasim Balayevə Azərbaycan SSR Dövlət Mükafatı verilmişdir.Uğur. Azərbaycan kinosunun dünyəvilik qayğıları: [kinoşünas Aydın Kazımzadənin söylədikləri] //Xalq cəbhəsi.- 2012.- 27 yanvar.- S. 11.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Əbdül Mahmudov, Həsənağa Turabov Ssenari müəllifi: Süleyman Rüstəm, Əhmədağa Muğanlı Operator: Kənan Məmmədov Rəssam:Kamil Nəcəfzadə Bəstəkar: Emin Sabitoğlu

Rollarda Həsənağa Turabov — Nəbi Mömünat Qurbanova — HəcərQurbanlı, R. Sevgilisi üçün aktrisa da oldu, muzey işçisi də… Qaçaq Nəbinin Həcəri, Ənvər Həsənovun Möminatı: [Ənvər Həsənovun həyat yoldaşı Möminat Qurbanova haqqında] //Ədalət.- 2012.- 26 dekabr.- S.8. Gümrah Rəhimov — Tunc Vəli Ənvər Həsənov — Sirac Ömür Nağıyev — Kalış Eldəniz Quliyev — Mirzə Rasim Balayev — Səlim bəy Ramiz Əzizbəyli — Koxa Şahmar Ələkbərov — İbiş Zilli Namazov — Mehdi Kazım Abdullayev — Qurd Kərim Təvəkkül İsmayılov — qaçaq Nizami Musayev — tacir Vəliəhd Vəliyev — pristav İvan Petroviç Olqa Bityukova — həkim Muxtar Maniyev — qubernator Nikolay Barmin — general Məmmədrza Şeyxzamanov — kəndli qoca Leyla Bədirbəyli — kəndli qarı Əhməd Əhmədov — araba sürən Firəngiz Mütəllimova — Səlminaz Tofiq Tağızadə — şikayətçi kəndli Dadaş Kazımov — şikayətçi kəndli İsi Məlikzadə — tacir Ceyhun Mirzəyev — tacir İ.Əhmədov Muxtar Avşarov — İranlı zabiti Əliqulu Səmədov — İran zabiti Həsən Əbluc — kəndxuda Məmmədkamal Kazımov — kəndli Sadıq Hüseynov — kəndli Gəray Əlibəyov (titrlərdə yoxdur)

Filmi səsləndirənlər Əminə Yusifqızı — Həcər (Mömünat Qurbanova) (titrlərdə yoxdur) Həsən Məmmədov — qubernator (Muxtar Maniyev) (titrlərdə yoxdur) Əliağa Ağayev — tacir (İsi Məlikzadə) (titrlərdə yoxdur) Muxtar Maniyev — tacir (titrlərdə yoxdur) Rafiq Əzimov — tacir (titrlərdə yoxdur) Səməndər Rzayev — araba sürən (Əhməd Əhmədov) (titrlərdə yoxdur) Hamlet Xanızadə — general (Nikolay Barmin) (titrlərdə yoxdur) Yaşar Nuri — dustaqxana gözətçisi (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — Tunc Vəli (Gümrah Rəhimov) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Mirzə (Eldəniz Quliyev) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — həkim (Olqa Bityukova) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Sirac (Ənvər Həsənov) (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 302–305. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. "Başıbəlalı "Qaçaq Nəbi" filmi". //Azadlıq.-2014.- 14 iyul.- səh. 13.

Xarici keçidlər Filmi izlə "Atları yəhərləyin" filmi yeni həyat qazanmışdır "Məşhur filmlərdən məşhur sitatlar" – "Atları yəhərləyin" filminin məşhur ifadələri: "Elin də o başı, bu başı olmaz" — RUBRİKA Üç adlı bir film haqqında — FOTOSESSİYA

Kateqoriya:1985-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Döyüş filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Tarixi filmlər Kateqoriya:İsmayıllıda çəkilən filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Rusiya dövrü Azərbaycan haqqında filmlər Kateqoriya:Qaçaq Nəbi Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər