Aytən Alpman (), Türk pop musiqisi ve caz sənətçisi.

Həyatı Nişantaşı Qız Liseyində və Ərənköy Qız Liseyində təhsil almışdır. Liseydən sonra İlham Gencerin solistlik təklifi ilə İstanbul Radiosunda işləməyə başlamışdır. Daha sonra Arif Mardin ilə tanış olmuş və onun təklifi ilə caz musiqiləri oxumağa başlamışdır.

1953-cü ildə İlham Gencer ilə evlənmiş, 1960-cı ildə ondan ayrılmışdır. 1959-cu ildə ilk albomu "Sayonara/Passion Flower"i yayınlamışdır. 1963-cü ildə işləmək üçün İsveçə getmiş, üç il sonra Türkiyəyə dönmüşdür. Fecri Ebcioğlunun israrları ilə türkcə oxumağa başlamış və ilk çalışması - "İnan Bana / Ayrıldık Yalnızım"ı hazırladı.

1968-ci ildə Ümid Aksu ilə evlənmişdir. Fecri Ebcioğlu ilə birlikdə işlədikləri "Sensiz Olamam" ilə ilk böyük çıxışını etmişdir. 1972-ci ildə hazırladığı və sözlərini Fikrət Şenesin yazdığı "Bir Başkadır Benim Memleketim" mahnısı ilə xeyli diqqət cəlb etmişdir. 1974-cü ildə Kipr Hərəkatı ilə bağlı TRT-də "Memleketim" çox tez-tez səsləndirilməyə başlanılmış və sevilmişdir. Albom xeyli sayda satılmışdır.

1995-ci ildə səs tellərində yaranan problemlərə görə əməliyyat olmuşdur. 1999-cu ildə ən sevilən mahnılarından ibarət Ada Musiqi tərəfindən albomu buraxılmışdır. Səhnə çalışmalarını peşəkar şəkildə davam etdirməmiş, sadəcə bəzi vaxtlarda caz konsertləri vermişdir.

20 aprel 2012-ci il tarixində xəstəxanada vəfat etmişdir.

Diskografi 1967 İnan Bana / Ayrıldık Yalnızım Seni Unutmak Senden Kaçmak İstiyorum / Kim Demiş Aşk Yalandır Diye Bu Sana Son Seslenişim / Sevmedim Hayatı Hakkın Yok / Beni Unutma 1968 Ve... Tanrı Aşkı Yarattı / Ömrüm Senindir 1969 Hayal / Çağırdın Sana Koştum 1970 Sensiz Olamam / Aynalar Aynalar 1971 Bir Başkadır Benim Memleketim / Yaşamak İçin 1973 Tek Başına / Sevince Her şey Başka Memleketim / Unutsana 1974 Yanımda Olsa / İstersen O Sabah / Ben Varım Ben Yürürüm Yana Yana / Iraktır Yolların "Memleketim" 1975 Birazcık Umut / Kimbilir Kim Var Yanında Ben Böyleyim / Mutlu Olamadım Ölünceye Kadar / O Gün 1976 "Ben Böyleyim" 1977 Son Bir Defa / Neden Sanki Bu Dünya Dar Geliyor İnsana 1999 "Eski 45'likler" 2007 "Bir Başkadır Ayten Alpman"

Filmleri Tek Başına (1974) Aşk Izdırabtır (1953)

İstinadlar

Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:Nəfəs çatışmazlığından ölənlər Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr Türkiyə qadın müğənniləri