Diana boğazı () — Sakit okeanına daxil olan Şumişir adasını Ketoy adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 15 km, ən dar eni isə 20 km təşkil edir. Dərinliyi 500 m-ə çatır.
Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Severo-Zapadnıy, Sovetskıy, Storojevoy, Otvestnıy (Şimuşir) və Lejbişnıy, Monolitnıy, Onruqlıy (Ketoy) burunları vardır. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir. Boğazın şimal sahillərində çoxlu sualtı və suüstü daşlar vardır. Boğazın cənubunda Brout, şimalında isə Diana və Yujnıy buxtası vardır. Boğaza adı kapitan-leytenant Vasili Mixayloviç Qolovinin gəmisinin şərəfinə adlandırılmışdır. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir.
İstinad
Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Kuril adaları boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Oxot dənizinin boğazları Kateqoriya:Şimali Kuril şəhər dairəsinin boğazları