Devis boğazı — Qrenlandiya adasını Baffin Torpağı (Kanada Nunavut vilayəti) adasından ayırır. Eni 300–950 km arası dəyişir. Ən dərin yeri 3660 m-dir. Baffin dənizini Labrador dənizi ilə birləşdirir. Sularında zəngin neft və Qaz yataqları vardır.
Tarixi Boğaz ingilis dəniz səyyahı Con Devisin (1550–1605) şərəfinə adlandırılmışdır. O bölgəyə bir neçə səfərlər təşkil etmiş Baffin torpağı və Qrenlandiya adalarını öyrənmişdir. Boğaz və onun sahilləri Devis tərəfindən kəşf edilmişdir.
Mənbə Devis boğazı
Kateqoriya:Nunavut boğazları Kateqoriya:Qrenlandiya boğazları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar
Kateqoriya:Qrenlandiya dənizləri