Sergey Küjüget oğlu Şoyqu (rusca: Серге́й Кужуге́тович Шойгу́; tuva: Сергей Күжүгет оглу Шойгу; ) — rus dövlət və hərb xadimi, Rusiya Federasiyasının müdafiə naziri (2012–2024), ordu generalı (2003), Rusiya Federasiyasının Qəhrəmanı (1999).
Həyatı left|thumb|Sergey Şoyqu, Rusiya Prezidenti Vladimir Putin və Baş Qərargah rəisi Valeri Gerasimov "Mərkəz-2019" hərbi təlimlərində. Orenburq vilayətində Donguz poliqonu. 20 sentyabr 2019-cu il. Sergey Şoyqu 1955-ci il mayın 21-də Tuva Muxtar Vilayətinin Çadan qəsəbəsində dünyaya gəlib. Atası Tuva türklərindən — Kujuqet Seree oğlu Şoyqudur, anası isə milliyətcə rusdur. Tuva Respublikasının Kızıl şəhərində yerləşən 1 nömrəli məktəbdə təhsil alıb. Şoyqu soyadının da maraqlı tarixçəsi var. "Rusiyanın Səsi" radiosunun məlumatına görə, S. Şoyqunun atası Kuşaget dünyaya gələndə yerli hökumət məmuru onun adı ilə soyadını qarışdıraraq yanlışlıqla Şoyqu yazır və beləcə də qalır.
Maraqlıdır ki, dünyanın ikinci ən böyük ordusunun rəhbərinin hərbi təhsili olmayıb. Sergey Şoyqu 1977-ci ildə Krasnoyarsk Politexnik İnstitutunu inşaat mühəndisliyi üzrə bitirib və Sibirin bir sıra şəhər və qəsəbələrində inşaat mühəndisi kimi çalışıb. 1988-ci ildə Kommunist Partiyasına üzv olub, 1990-cı ildə isə Rusiya Federasiyası Memarlıq və İnşaat Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.
1994-cü ildə Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin olunan Şoyqu bu vəzifədə dayanmadan 18 il çalışıb. Rusiyanın müasir tarixində ən çox vəzifədə qalan nazirdir. 2012-ci ildə bir müddət Moskva vilayətinin qubernatoru təyin olunan Şoyqu elə həmin il Putin tərəfindən müdafiə naziri vəzifəsinə gətirilib.
1999-cu ildən hakim Vahid Rusiya Partiyasının üzvü olan Şoyqu Putinə ən yaxın şəxslərdən hesab olunur. Rusiya Federasiyası qəhrəmanı medalına layiq görülmüş S. Şoyqu eyni zamanda beynəlxalq yanğınsöndürənlər və xilasedicilər idman Federasiyasının sədridir. Futbol oynamaq, at sürmək kimi idman növlərinə meyilli olduğu bilinən müdafiə nazirinin Rusiyada ən qiymətli hesab oluan 40 milyon dollar dəyərində qılınc kolleksiyasına sahib olduğu iddia edilir.
thumbnail|Hərbi parad zamanı, 9 may 2014-cü il.|leftSergey Şoyqunun adı son illərdə Rusiya ordusunun modernləşdirilməsində müsbət mənada hallansa da, onun haqqında rüşvət və korrupsiya ittihamları da var. Bir qədər əvvəl Rusiya mətbuatı Şoyqunun Müdafiə Nazirliyinin obyektlərinin dəyərindən ucuz qiymətə satılmasında ittiham olunduğunu yazıb. Rusiyanın müdafiə naziri ruscadan başqa, 3 dildə — ingilis, türk və yapon – danışa bilir. Ailəlidir, iki qızı var.
14 aprel 2022-ci ildə Leonid Nevzli, Şoyqunun infarkt keçirdiyi və sağaldıqdan sonra əlil ola bilmə ehtimalı ilə əlaqədar "Tvitter"də paylaşım edib.
Həmçinin bax Rusiya Silahlı Qüvvələri Rusiya Quru Qoşunları
İstinadlar
Xarici keçidlər
Биография на официальном сайте Министерства обороны России Биография на официальном сайте ИТАР-ТАСС Биография на официальном сайте Правительства России Сергей Шойгу на Форуме Министерства обороны Российской Федерации Биография на официальном сайте МЧС России
Kateqoriya:Rusiya Federasiyasının qəhrəmanları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiya Silahlı Qüvvələri Kateqoriya:Rusiya Coğrafiya Cəmiyyətinin rəhbərləri Kateqoriya:Rusiya tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Rus milliyyətçiləri Kateqoriya:"Şöhrət və şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:Mülki mühəndislər Kateqoriya:Rusiya memuarçıları Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları