Vaxtanq Kikabidze () — Sovet və gürcü müğənnisi, bəstəkarı, kino aktyoru, kinorejissoru, ssenaristi, siyasətçisi; Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı laureatı (1978). Gürcüstan parlamentinin VII çağırış deputatı (2020-2023).
Həyatı Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır. Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.
O, 2023-cü il yanvarın 15-də Tbilisi xəstəxanasında, 85 yaşında beyin şişindən vəfat edib. 17 yanvar tarixində vida və vətəndaş anım mərasimi keçiriləcək. O, Tbilisidəki Mtatsminda Panteon qəbiristanlığında dəfn olunacaq.
Azərbaycan qastrolları 2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.
Filmoqrafiya Qəm yemə! (1969) Mimino (film, 1977)
Ailəsi Aktrisa Liana Qudadzenin əmioğlusudur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:III dərəcəli Vaxtanq Qorqasali ordeninin kavalerləri Kateqoriya:Gürcüstan kinorejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:Tbilisidə dəfn olunanlar Kateqoriya:5-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni kavalerləri Kateqoriya:Əlifba sırasına görə musiqiçilər Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:Gürcüstan müğənniləri Kateqoriya:Gürcüstan parlamentinin deputatları Kateqoriya:Gürcüstan ssenaristləri Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:Gürcüstan zadəganlığı Kateqoriya:Gürcüstanın Dövlət mükafatı laureatları Kateqoriya:Ukraynanın əməkdar artistləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Tbilisinin fəxri vətəndaşları