thumb|220px|Ivan Puni, 1914, Portrait of Artist's Wife (Портрет жены художника), oil on canvas, 89 x 62.5 cm, The Russian Museum, St. Petersburg

İvan Puni (, ; ) — rus əsilli avanqard rəssam (Suprematist, Kubist).

Həyatı İvan Puni 20 fevral (4 mart) 1894-cü ildə Kuokkalada (indiki Rusiyada Repino) İtalyan mənşəli bir ailədə anadan olub. O, görkəmli İtalyan bəstəkarı, Cesare Puninin nəvəsidir.

1909–1910-cu illərdə Parisdə Julian Akademiyasında və müxtəlif atelyelərdə təhsil aldı. İvan Puni 1915-ci ildə Kazimir Moleviçin təsis etdiyi, avanqard rəssamların (Aleksandra Ekster, Lübov Popova, İvan Kliun, Kseniya Boquslavskaya, Olqa Rozanova, Nadejda Udaltsova, Nina Genke və başqaları) olduğu, Supremus qrupuna qatıldı.

1915–1916-cı illərdə İvan Puni digər suprematist rəssamlar ilə Verbovka Kəndi Xalq Mərkəzində işləyib.

1919-cu ildə o, Vitebsk İncəsənət Məktəbində dərs verdi.

İvan Puni Kseniya Boquslavskaya ilə evləndi.

1920-ci ildə İvan Puni və Kseniya Boquslavskaya Almaniyaya və 1923-cü ildə Fransaya mühacirət etdilər. İvan Puni adını dəyişib Jean Pougny qəbul etmişdir. O, 1946-cı ildə Fransa vətəndaşı oldu.

Ivan Puni (Jean Pougny) 1956-cı ildə Parisdə vəfat edib.

İstinadlar

Kateqoriya:Rus rəssamlar Kateqoriya:Rusiya dizaynerləri Kateqoriya:Rusiya rəssamları