Şönborn sarayı () - Praqanın Mala Strana rayonunda, Trjişte meydanı № 365 və Vlaşska küçəsində yerləşən barokko üslublu saraydırhttp://2gis.cz/praha/geo/12948484583911673/center/14.401199%2C50.087523/zoom/17/ Schönbornský palác, Tržiště, 365/15 / Vlašská, 365/1 Malá Strana, Praha 1, město Praha. O, 1958-ci ildən Çex Respublikasının mədəniyyət abidəsi kimi qorunur. 1925-ci ildən burada ABŞ səfirliyinin iqamətgahı yerləşdirilmişdi; binaya giriş imkanı yalnız səfirliyin əməkdaşlarına verilir. Saray kompleksinin ərazisinə iri terraslaşmış bağ və Petrşin təpəsinin yamaclarında yerləşmiş erkən barokko üslublu qlorietta (Qlorietta - açıq pavilyonlu kolonnadadır) daxildir. Sarayın adı kübar nəsildən olan onun sonuncu sahibinin soyadından götürülüb. Tarix thumb|180px|left|Sarayın əsas girişi üzərində ABŞ bayrağı dalğalanır. 180px|thumb|Qırmızı qalxan üzərindəki qızıl aslan və ağ buludlar Şönborn sülaləsinin gerbi hesab olunur. Saray Otuzillik müharibə (1618-1648) zamanı dağıdılmış beş İntibah üslublu evin yerində inşa olunmuşdu. Buna görə də, sarayın maketi və planı nisbətən mürəkkəb və qeyri-ardıcıl olaraq səciyyələnir. Sarayın hər xarici, həm də daxili tərtıbatında ondan öncəki digər binalardan, eləcə də 1640-1900-cu illəri əhatə edən bütün inkişaf dövründən xeyli fraqmentlər tapıla bilər. Belə ki, 2001-ci ilin iyul ayında səfirliyin konsulluq şöbəsində aparılan yenidənqurma işləri zamanı, nəfis barokko üslublu tavan işləmələri aşkar edilmişdi.

XVII əsrin ortalarında, hazırkı sarayın yerləşdiyi torpaqlar Malta ordeninin böyük prioru və avstriyalı general Rudolf Kolloredo-Valdze (1585-1657) tərəfindən satın alınmışdı; o, qarnizon hərbi komendantı kimi isveç qoşunlarının 1648-ci ildə Praqa şəhərinə etdikləri basqına qədər Köhnə şəhəri şəxsən müdafiə edirdi. Saray 1643-1656-cı illər arasında tikilmişdi. O, sarayın ətraf ərazisində, yəni Petrşin təpəsindəki köhnə üzümlük sahəsini məhv edərək, 1660-cı ildə burada geniş terraslaşdırılmış bağın əsasını qoyur. Petrşinin ən yüksək nöqtəsində isə, erkən barokko üslubunda gözəl qlorietta yaradılmışdı.

Saray və ətrafındakı bağ XVII əsrin ikinci yarısında Praqanın ən tanınmış və vacib binalarından biri idi; bunu kardinal Harrax özünün gündəliklərinə və xarici turistlərin səyahət qeydlərinə istinadən qeyd etmişdiHrabě Hugo-Damián ze Schönbornu je otcem římskokatolického kardinála Kryštofa Schönborna. Şönborn bağı ilk növbədə öz bədii tərtibatına və şəhər ilə Praqa qəsrinə açılan möhtəşəm mənzərəsinə görə məşhur idi. Qlorietta Vltava çayının sahilində, bugünkü Kampa adasında bayram günləri keçirilən atəşvəşanlığı izləmək üçün ən sevimli yerlərdən biri idi. Barokko üslublu daha erkən sarayın müəllifliyi Praqada şöhrət qazanmış italiyalı memar Covanni Pieroninin layihəsinə aid etmək olar, Kolloredo ailəsi onunla çox yaxşı münasibətdə idilər.

1715–1718-ci illərdə saray Habsburq diplomatı Yeronim Kolloredo Valdzenin şəxsi mülkünə çevrilmişdi. Məhz onun dövründə, memarlar Covanni Battista Alliprandi, Bartolomeo Skotti, eləcə də çox güman ki, Santini tərəfindən saray barokko üslubunda bəzədilmişdi. Bunlar əsasən sarayın hər mərtəbəsinin və küçəyə açılan fasadın mürəkkəb prokompovka elementləri ilə yenidən qurulması idi. Küçə fasadının ümumi görünüşü (çoxsaylı klenak və frontonların yaradılması) Santininin tipik memarlıq xüsusiyyətlərini daşıyır. Beləliklə, italyan əsilli çex memarının bu böyük sarayın yenidən qurulmasında çox böyük əməyi olduğunu qeyd etmək olar. İnteryerdə və sarayı əhatə edən bağda aparılan əsas dəyişikliklər memar Alliprandi ilə bağlıdır. Sarayda daha qədim daxili tərtibat elementlərindən şərti olaraq Cakomo Antonio Korbelliniyə aid edilən oyma tavan düzəlişlərini qeyd etmək olar.

Sonrakı illərdə sarayın sahibləri, yəni bir neçə aristokrat sülaləsi tədricən bir-birini əvəzləyirdi. 1794-cü ildə saray Şönborn qraf ailəsi tərəfindən alınmış və buna uyğun olaraq da bina hal-hazırda həmin sülalənin adını daşıyır. Lakin XX əsrdə baş vermiş iqtisadi böhran ilə əlaqədar, Şönborn ailəsi sarayın nömrələrini icarəyə verməyə başlayır. Buranın ən məşhur icarədarlarından biri yazıçı Frans Kafka idi - o, 1917-ci ildə bir neçə ay müddətinə sarayın iki otağını kirayə götürmüşdü. Kafka o vaxtkı sevgilisi Feliçia Bauerə göndərdiyi məktubda bunları yazmışdır:

Mən daşınmaz əmlak agentliyinə getdim və orada mənə demək olar ki, dərhal ən gözəl saraylarından birində icarəyə verilən mənzil barədə danışdılar. Yeni mənzildə iki yataq otağı vardır, vanna kiçik olduğundan isə, hollun yarısı ona əlavə olunmuşdu. İldə altı yüz kron ödəməliyəm. Bu, sadəcə olaraq arzuya oxşayırdı. Mən otaqlara baxmaq üçün oraya getdim. Nömrələr hündür və gözəldir, divarları isə qırmızı və qızılı rəngdədir, elə bil ki, Versal sarayıdır. Dörd pəncərə sakit və gizli daxili həyətə, biri isə gül bağçasına açılır. Bağlar necə də gözəldir! Saraya əsas girişdən daxil olan zaman, necə aristokratik bir məkana ayaq basdığıma inana bilmirdim. Böyük qövs boyunca yerləşən və kariatidlərin əhatəsində olan ikinci darvazadan yavaş-yavaş və əzəmətlə aşağıya doğru enən xiyabana (bağa) və möhkəm daş pilləkənlərə çox gözəl mənzərə açılır. Amma mənim köçdiyim mənzilin bir kiçik bir çatışmazlığı var - buranın əvvəlki sahibi, cavan bir cənab öz həyat yoldaşından ayrılaraq, gənc qulluqçu oğlanla birgə yaşamağı gərara alır və bir neçə ay müddətində burada yaşayır. Bu hadisə yuxarı instansiyalara çatdırıldıqdan sonra isə, o (yəni həmin dövlət qulluqçusu və buranın sahibi), öz tutduğu vəzifəsindən azad edilərək Praqanı tərk etməyə məcbur olur. Qısa müddət ərzində köhnə sahib mənzilin təmirinə külli miqdarda pul xərclədiyindən, belə asanlıqla oranı tərk etmək istəmirdi. İndi isə ən azı, hamam ləvazimatlarını, divarda asılmış xalçanı satmaq üçün, eləcə də elektrik enerjisinin topladığı xərclərin heç olmasa qismən ödəyə bilən bir adamı axtarırlar. Mən bu məsələdə özümü nümunə gətirmirəm. Mənim bildiyimə görə, onların hamısı 650 kron eləyir. Bu o qədər də yüksək məbləğ olmasa da, soyuq mənzil və mənim lüks dadım üçün həddindən artıq çox idi. Hər halda, mənzildə lazımi mebellərim də yoxdur. Bu mənim nəzərimdən qaçmayan daha bir detal idi. Bununla belə, həmin sarayın üçüncü mərtəbəsində bilavasitə saray inzibatçısı tərəfindən icarəyə verilən daha bir mənzil var idi, onun kifayət qədər aşağı tavanı olması ilə bərabər, Hradçanı rayonunun köndələn dar küçələrinə əsrarəngiz mənzərə açılırdı. Bu mənzilin otağı daha sadə döşənməsinə baxmayaraq, mən orada bir müddət gənc qrafinya ilə qonaq qismində yaşayırdıq - görünür, o ümumilikdə sadə tələblər əsasında buraya köçmüşdü. Gənc qadın bütün lazımi əşyaları özü ilə gətirmişdi. Bura mənim çox xoşuma gəldi və ilk dəfə mənzilə gələndə həmin qadını görərək, buranın artıq alındığı düşünərək qorxdum. Lakin tanımadığım bir qadınla birlikdə yaşayacağımı anladıqdan sonra, bir az çaşqınlıq hissinə düçar oldum...

Frans Kafka uzun düşüncələrdən sonra, nəhayət saraydakı mənzildə məskunlaşmağı qərara alır, ancaq fakt odur ki, nömrələrin kifayət qədər qışda isidilmədiyindən, bu onda vərəmin inkişafına səbəb olmuşdu və Kafka tezliklə saraydan düz qocalar evinə köçürülmüşdü.

1919-cu ildə sonuncu sahib Karl Yohann Şönborn öz sarayını amerikalı milionerçi Çarli Riçard Kreynin oğlu Riçar Teller Kreynə satmışdı - Riçard Teller 1919-1921-ci illərdə ABŞ-nin Çexoslovakiyadakı ilk səfiri idi. Onun atası Çarli Riçard, Yan Masarikin (daha sonralar isə Tomaş Masarikin) yaxın dostu idi və buna görə də onun Çexoslovakiya dövlətinin yaranmasında böyük rolu olmuşdu. T.G. Masarik slavyanşünaslardan ruh yüksəkliyi ilə dolu idi və bun görə də, Kreyn 1902-ci ildə onu Çikaqo şəhərində keçirilən mühazirəyə dəvət etmişdi. Burada Masarik Orta Qərbdə məskunlaşmış slavyan icmaları ilə tanış olur. Məhz Çarlz Riçard Kreyn Masarikin ABŞ-nin 28-ci prezidenti Vudro Vilsonla görüşünü təşkil etmiş və bu görüş nəticəsində Masarik Çexoslovakiya dövlətinin yaranmasında yeni bir dəstək tapmışdı.

Riçard Teller Kreyn tərəfindən saray 117 000 dollara alınmışdı. Bu retrospektivdə sarayın qiymətinin öz səbəbləri var idi - reprezentativ ərazinin yoxluğu və çoxsaylı kirayəçilər (100 nömrədən 80-i kirayə edilmişdi). Vaşinqtona qayıtdıqdan sonra, Riçard ABŞ hökumətinə bu sarayı təklif edərək, onu 1924-cü ildə 125 000 dollara aldığı bildirir. Və məhz onun təşəbbüsü ilə, binada amerika səfirlərinin qərargahı və konsulluğu yaradılır. İkinci dünya müharibəsi zamanı, saray İsveçrə prokurorluğu tərəfindən idarə olunurdu və onlar binanın ümumi durumuna laqeyd yanaşırdılar. Müharibədən sonra, amerikalılar sarayı çox acınacaqlı halda aşkar edirlər; görünür məhz bu səbəbdən də, ABŞ səfiri Lourens A. Steynhard özünə daha prezentabelli binanı axtarmalı olur. 1945-ci ilin sentyabr ayında o Çexoslovakiya dövlətindən Praqa-Bubeneç rayonunda yerləşən Otto Peşkanın villasını icarəyə götürür, 1948-ci ildə isə, bina tam olaraq ABŞ hökuməti tərəfindən satın alınmışdı.

1945-ci ildən Şönborn sarayı yalnız ofis kimi xidmət göstərir və bura yalnız səfirlik işçilərinə və səfirliyə dəvət olunan qonaqlar üçün açıq olur.

2001-ci ilin iyul ayında səfirliyin konsulluq şöbəsində aparılan təmir-yenidənqurma işləri zamanı renessans üslubuna aid tavam işləmələri aşkar edilmişdi. Tikinti işləri dərhal dayandırılır və konsulluq bu hadisə barədə sənət tarixçilərinə məlumat verirlər. Sənətşünaslar aşkar edilən sənət əsərinin XVII əsrin əvvəlinə aid edir və tavanın taxta şəklində olduğu dövrdə vu bəzəklərin əhəmiyyətli estetik element olduğunu bildirirlər. Tavanın mühafizə olunması üçün tezliklə plan tərtib olunur və artıq 2006-cı ildə o restavravrasiya edilirhttp://chcidoameriky.cz/velvyslanectvi-spojenych-statu-americkych-v-praze/ v Praze - Sídlem velvyslanectví Spojených států amerických v Praze je Schönbornský palác na Malé straně. Velvyslanci USA sídlí v rezidenci velvyslanců USA v Bubenči na Praze 6..

Təsvir thumb|250px|Mala Strana və Petrşinə Praqa qəsrinin pəncərəsindən açılan mənzərə (1812). Akvarel, müəllif Jan-Batist İzabey Saray kompleksi üç daxili həyətin ətrafında salınmış dörd ayrı qanaddan (fligeldən) ibarətdir. Üç mərtəbəli binanın damında ayrıca gözəl köşk də yaradılıbdır. Dünyanın ən qədim və gözəl şəhərlərindən sayılan Praqanın Vlaşska küçəsinə açılan sarayın əsas fasadı, özündə memar Santininin bir çox əlamətlərini daşıyır.

İki daş toskan sütunun əhatəsində olan sadə giriş hissəsinin üzərində ballüstradalı eyvan quraşdırılıb. Fasad dik pilyastrlarla bir neçə hissəyə bölünüb; onun hər mərtəbəsində rustovka bucağı və trapesiyaşəkilli təhriflər təkrarlanır. İri trapesiaşəkilli təhrif mövzusu fasadın üçlü tətbiqində əks olunur. Birinci mərtəbənin pəncərələri novşəkilli bosaj üzərinə qaldırılıb və xüsusi "boşluqlara" yerləşdirilib. Birinci mərtəbədə ("Piano nobile" - yəni parad mərtəbə) pəncərələr ətrafında qabarıq seqmentli və əyri frontonlu pəncərə qutuları sistemi yerləşir - burada vertikal yastı element incə pəncərə qutusu ilə kontrast yaradır. Birinci və ikinci mərtəbələrin arasında Şönborn sülaləsinin rəngli gerbi yerləşdirilib.

Üçüncü mərtəbənin mərkəzi çıxıntıları, allüziv qalxan və trapesiyaşəkilli təhriflər, bilərəkdən pəncərələrin üzərindəki kiçik ölçülü və düzbucaq formalı çıxığlara yerləşdirilib. Damın iki şöbəsi, eləcə də baxış pavilyonun yanlarındakı böyük və oval açıq dəliklər axıcı və sadə formaya malikdir. Sarayın detalları hesab olunan lövhələrin və kallus pəncərələrin xarici görünüşü sapa və dolayı xüsusiyyətlərə malikdir. Sarayın damı qırmızı gil kirəmitlərdən yığılıb.