Qardabani bələdiyyəsiAzərbaycan Respublikası: Atlas , səh. 14, 16, 26, 28, 34, 40, 44, 46, 48, 52 və 54.Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının Fiziki və Siyasi xəritəsi , Qarayazı bələdiyyəsiBorçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 232. — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Qardabani şəhəridir.

Tarixi 1 yanvar 1926-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Tiflis qəzasının Qarayazı dairəsi (gürcücə: ყარაიაზის თემი—>qaraiazis temi) 356 km² ərazini, bu ərazidə yerləşən 4 kənd sovetliyində daxil olan 17 kəndi və bu kəndlərdə yaşayan 2.176 ailədə 8.895 nəfər əhalini əhatə edirdi. 17 dekabr 1926-cı il Ümumsovet siyahıyaalınmasına əsasən Qarayazı dairəsində qeydə alınmış 8.358 nəfər əhalinin 6.570 nəfərini və ya 78,61 %-ni etnik türklər təşkil etmişdir.Ethno-Caucasus, Этнодемография Кавказа: Тифлисский уезд (1926 г.) 22 dekabr 1932-ci ildə Qaratəpə kəndinin adı dəyişdirilərək Qarayazı kəndi adlandırıldı.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 43 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani rayonu 1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində təşkil edilmişdir, 1947-ci ilədək Qarayazı rayonu adlanmışdır. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Qarayazı rayonu 528 km² ərazini, bu ərazidə yerləşən 3 kənd sovetliyində daxil olan 24 kəndi və bu kəndlərdə yaşayan 12.146 nəfər əhalini əhatə edirdi. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı.

Fiziki-coğrafi mövqeyi Qardabani cənub-şərqdən Azərbaycan Respublikası, şimal-şərqdən Saqareco rayonu, şimaldan Msxeta rayonu, qərbdən isə Marneuli və Tetriskaro rayonları ilə həmsərhəddir. Rayon mərkəzi olan Qardabani şəhəri Rustavidən 25 km., paytaxt Tiflisdən 42 km. məsafədə yerləşir.

Rayon ərazisinin əksər hissəsi dəniz səviyyəsindən hündürlüyü təqribən 300 metr təşkil edən Qarayazı düzündə yerləşir. Ən hündür nöqtəsi 1499 metr olan Sanişno dağıdır.

İnzibati bölgüsü Sahəsi 1304,1 km2 olan Qardabani rayonunun ərazisi 1 səhər (Qardabani şəhəri — 11786 nəfər), 2 qəsəbə (Lilo-2132 nəfər, Kocor-1358 nəfər) və 47 kənddən ibarətdir. Kəndlərin 33-də gürcülər, 14-də isə azərbaycanlılar üstünlük təşkil edir. Kəndlərin 6-nın əhalisinin sayı 5000 nəfərdən çoxdur: Martkofi (7666 nəfər), Sərtiçala (7041 nəfər), Nəzərli (5808 nəfər), Soğanlıq (5698 nəfər), Kosalı (5612 nəfər) və Qamarcveba (5282 nəfər).

Əhalisi

Milli tərkibi Yaşayış məntəqələri üzrə Şəhər/kənd Əhali 2002-ci ildə, sayı. gürcü% azər-baycanlı% yunan% Qardabani () 11858 90 Didi Lilo () 2420 Kocori () 1867 Ağtəklə () 4229 93 Anbartəpə () (keç. Traubenfeld) 131 13 81 Axali-Samqori () 2223 98 Axalsopeli (, ) 1827 98 Axaltskaro () 487 97 Axalşeni () 1184 87 Birlik () 1655 98 Vaziani () 2694 79 11 Varketili () 2932 93 Vaxtanqisi () (keç. Ulyanovka) 2592 90 Qamarcveba () 5282 97 Candar () 3118 97 Dideba () 175 97 Zemo-Teleti () 847 99 Kalinino () (keç. Tatyanovka) 1156 94 Qaracalar () 4141 98 Qarataqla () 2936 98 Aşağı Kəpənəkçi () Kvemo-Teleti () 798 98 Kveseti () 12 100 Kvişiani () 285 92 Kosalı () 5612 98 Kiketi () 173 92 Krtsanisi () 2560 87 Kumisi () 2182 97 Lemşveniera () 1931 98 Leninisi () Martkopi () 7666 99 Mzianeti () 413 96 Muğanlı () 3558 99 Muxran-Teleti () 93 100 Muxrovani () 618 94 Naqebi () 481 91 Nəzərli () 5808 97 Nasaquri () 1409 82 Norio () 3968 99 Patara-Lilo () 663 100 Poniçala () 5698 89 Ruisbolo () Saakadze () 286 74 12 Sartiçala () (keç. Fridenfeld) 7041 90 Səmədli () 17 100 Satsxenisi (, ) 565 99 Tabaxmela () 2036 97 Təzəkənd () 1856 98 Tsavkisi () 1199 99 Tsalaskuri () 561 98 Tsinubani () 1189 98 Tsitelubani () 373 91 Şindisi () 1543 99

Təsərrüfatı Qardabani rayonu Gürcüstanın aqrar-sənaye rayonudur. Energetika sənayesi, xüsusilə istilik energetikası kifayət qədər yüksək inkişaf etmişdir. 2006-cı ildə Gürcüstanda toplanmış yulafın 24,4%-i, tərəvəzçilik məhsullarının 14%-i, günəbaxanın 5,6%-i, qarğıdalının 5,3%-i, yumurta istehsalının 17,4%-i, yun istehsalının 8,6%-i, ət istehsalının 4,6%-i, süd istehsalının 4,4%-i, diri ev quşlarının 10,6%-i, davarın 7,9%-i, mal-qaranın isə 3,8%-i Qardabani rayonunun payına düşmüşdür.

Faydalı istinadlar Kvemo Kartli mxaresinin (quberniyasının) rəsmi internet səhifəsi Gürcüstan Statistika Departamentinin rəsmi internet səhifəsi

İstinadlar

Kateqoriya:Borçalı Kateqoriya:Gürcüstan bələdiyyələri Kateqoriya:Qardabani bələdiyyəsi