Con Milton Qreqori (; ) — Urbana-Şampeyn İllinoys Universitetinin yaradıcısı və ilk prezidentiLamiyə Əliyeva, Dünya universitetləri: Urbana-Şampeyn İllinoys Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 04.02.2011, № 05. (1867–1880).
Təhsil sahəsində
Urbana-Şampeyn İllinoys Universitetinin yaranmasını və əsas fənlərarası ali məktəb kimi formalaşmasını Con Milton Qreqorinin adı ilə əlaqələndirirlər. Belə ki, İllinoys ştatının bir sıra şəhərləri arasında sərt qiymət təklifi (auksion) müharibəsindən sonra 1867-ci ildə yeni yaradılacaq ali məktəbin ərazisi kimi Urbana şəhəri seçilir. Ali təhsil müəssisəsi İllinoys Sənaye Universiteti adlandırılır və ilk prezidenti Con Milton Qreqori təyin edilir. C. M. Qreqori humanitar ənənələrə söykənən universitet yaratmaq niyyətində idi, lakin İllinoys Sənaye Liqası, ştat sakinləri və Morill Qanununu qəbul edən şəxslər ali məktəbin yalnız "sənaye yönümlü" olmasını istəyirdilər. Bu məsələ ilə bağlı C. M. Qreqori və həmin şəxslər arasında mübahisələr yaranır. Nəhayət, 1868-ci il martın 2-də iki müəllim və kiçik tələbə qrupu ilə universitetdə dərslər başlanır.
Universitet fəaliyyətə başladıqdan sonra da Qreqori və ştat rəhbərliyi arasında debatlar davam edir. Nəticədə 1880-ci ildə Qreqori istefaya getmək məcburiyyətində qalır.
Məzarı thumb|Məzarı Onun məzarı Urbana-Şampeyn İllinoys Universitetinin kampusunda Altgeld Holl və Henri inzibati binasının arasında yerləşir. C. M. Qreqorinin məzarı üzərindəki lövhədə "Əgər siz onun abidəsini axtarırsınızsa, ətrafınıza baxın" sözləri qeyd olunub.
İstinadlar
Xarici keçidlər Presidents of Kalamazoo College
Kateqoriya:Urbana-Şampeyn İllinoys Universiteti