Vorvik Tibb Məktəbi () — Vorvik Universitetinin Tibb fakültəsinin nəzdində olan təhsil müəssisəsiLamiyə Əliyeva, Dünya universitetləri: Uorvik Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 24.12.2010, № 50. .
Tarixi və fəaliyyəti 2000-ci ilin sentyabrında fəaliyyətə başlamış və ilk tələbələrini də elə həmin il qəbul etmişdir.
2004-cü ildə bu məktəbi 64 məzun bitirmişdir. Həmin ilin oktyabrında isə məktəbə 403 tələbə qəbul edilmişdir.
Məktəbin fəaliyyəti sayəsində Vorvik Universiteti 2007-ci ildən tibb üzrə elmi dərəcə vermək hüququ əldə etmişdir.
Xarici əlaqələri Vorvik Tibb Məktəbi universitetin bir çox bölmələri ilə birgə fəaliyyət göstərərək beynəlxalq səviyyədə tibbi araşdırmalar aparır. Məktəb Koventri və Vorvikşir NHS Trust universitet xəstəxanaları, Vorvikşir Diabet, Endokrinologiya və Metabolizm İnstitutu ilə əməkdaşlıq edir.
Təhsil haqqı 2009-2010-cu tədris ilində Vorvik Tibb Məktəbində 1 il təhsil alan əcnəbi tələbələr üçün 13720, 2-4 il təhsil alan tələbələr üçün isə 24990 funt-sterlinq olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Uorvik Universiteti Kateqoriya:2000-ci ildə yarananlar Kateqoriya:Sentyabrda yarananlar Kateqoriya:Koventridə təhsil