Zakir Əbdül Kərim Naik(; ) — hind əsilli islam təbliğatçısı,Hope, Christopher. "Home secretary Theresa May bans radical preacher Zakir Naik from entering UK" . The Daily Telegraph. 18 June 2010. Retrieved 7 August 2011. 7 August 2011.Shukla, Ashutosh. "Muslim group welcomes ban on preacher" . Daily News and Analysis. 22 June 2010. Retrieved 16 April 2011. 7 August 2011. İslam Tədqiqatları Vəqfinin qurucusu və başcısı."Dr. Zakir Naik" . Islamic Research Foundation. Retrieved 16 April 2011. Naik, həmçinin 200 milyon izləyici sayına çatmış Peace TV kanalının qurucusudur. O, "müqayisəli dinlər üzrə səlahiyyətli", "Hindistandaki ən təsirli Sələfi ideoloq", "tele-evenqalizmin rok ulduzu və müasir islamın müdafiəçisi", və "dünya aparıcı Sələfi evanqelisti" olaraq adlandırılır. Digər islam təbliğatçılarının əksinə, mühazirələrini nə urdu dilində nə də ərəb dilində deyil, ingilis dilində, adi söhbət qaydasında aparır və adətən kostyum geyinir və qalstuk bağlayır.
İctimai spiker olmadan əvvəl, həkim ixtisası üzrə təhsil aldı. Naik islam və müqayisəli dinlər üzrə mühazirələrini kitabça versiyasında nəşr etdirdi. İslamdaki sektaraianizmi açıq olaraq rədd etsə də, Sələfi ideologiyası üzrə və tele-evrnqalist göstəricisi hesab olunur. Onun təbliğatları hazırda Hindistan, Banqladeş, Kanada və ABŞ-də qadağan edilmişdir.
Bioqrafiyası Zakir Naik Hindistan Mumbay, Maxaraştrada doğuldu. O, Kişinçanad Çellaram Kollecini və Topiuala Milli Tibb Kollecini sonra isə tibb və cərrahiyyə bakalavriyyat dərəcəsini əldə etdiyi Mumbay Universitetini bitirdi.
1991-ci ildə "islama dəvət" sahəsində işləməyə və İslam Tədqiqatları Vəqfini qurmağa başladı."Dr Zakir Naik vs (1) The Secretary of State for the Home Department (2) Entry Clearance Officer, Mumbai, India" . British and Irish Legal Information Institute. 5 November 2010. Retrieved 21 July 2011. Naikin həyat yoldaşı Fərhad Naik İslam Araşdırmaları Vəqfininin qadınlar üçün olan şöbəsində fəaliyyət göstərir.Ramanujan, Sweta. "Beyond veil: Am I not a normal Muslim girl?" . expressindia.com. Indian Express Group. 16 July 2004. Retrieved 16 April 2011. 16 April 2011.
2006-cı ildə Naik islam təbliğatçısı, 1987-ci ildə tanış olduğu Əhməd Didatdan ilham aldığını demişdi.Wahab, Siraj. "Spreading God's Word Is His Mission" . Arab News. 1 July 2006. Retrieved 16 April 2011. 7 August 2011.
Naik Mumbayda İslam Beynəlxalq Məktəbini və möhtac və kasıb müsəlman gənclərə təqaüd verən Birləşmiş İslami Yardımlaşama təşkilatını qurdu. O, həmçinin IERA-nın (ing. Islamic Education and Research Academy, az. İslami Təhsil və Tədqiqat Akademiyası) idarə heyətinin üzvü və məsləhətçisidir.
İslam Tədqiqatları Vəqfi Naikı "ideoloq və Peace TV-nin arxasındaki hərəkət verici qüvə" kimi xarakterizə edir. Naikın kanalı "bəşəriyyət üçün ədalət, əxlaq, harmoniya və hikmət"-i təşviq etdiyini öz veb səhifəsində xatırladır. 2012-ci ildə Hindistan dövləti Peace TV-ni qadağan etdi. 2015-ci il Nyu-York Tayms görə, anonim bir hind jurnalistə istinadən; Naikin konferanslar təşgil etməsini Mumbay polisi məhdudlaşdırdı "çünki o, mübahisələrə səbəb olur" və Hindistan peyk provayderləri Peace TV kanalını yayımlamaqdan imtina etdilər.
2016-cı ildə mətbuat konfransı zamanı Naik özünü qeyri-rezident hindli olduğunu iddia etdi. Qeyri-kommersiya təşkilatı olan "Yaxın Şərq Monitoru"nun xəbərinə istinadən Naika, Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlıq verildi.
2017-ci il 18 iyul ayında Milli İstintaq Təşkilatının (ing.National Investigation Agency NİA) tövsiyəsinə əsasən, Hindistan Naikin pasportunu ləğv etmişdir. 28 iyul 2017-ci ildə NİA, Naiki cinayətkar elan etmiş və əmlakına əl qoymaq üçün proses başlatmışdır.
Naik hazırda daimi-rezidentə sahib olduğu Malayziyada yaşamaqadadır.
Mühazirələri və Debatları Naik çoxlu debatlar və mühazirələr keçirmişdir . O, "dünya ətrafında 2000/4000-dən çox mühazirənin keçirdiyini" demişdir. Antropolog Tomas Blom Hansen, Naikın müxtəlif hədis və quran ədəbiyyatını əzbərləmə üslubunu və onunla bağlı missionerlik fəallığının onu müsəlman çevrələrdə populyarlaşdırması haqda yazmışdı. Debatlarının çoxu lentə yazılır, geniş şəkildə onlayn və DVD şəklində paylanır. Onun danışıqları ingilis dilində yayına alınmış və həftə sonları Mumbay Müsəlman məhəllələrində bir neçə kabel şəbəkəsində və birgə istehsal etdiyi Peace TV kanalında yayınlanmışdır.Mazumdar, Sudip. "Beaming In Salvation" . MSNBC. 23 January 2006. 18 January 2006.Ahmad, Syed Neaz. "Peace TV Reaching 50 Million Viewers – Dr. Zakir Naik" . Saudi Gazette. 23 February 2007. 7 July 2007. Danışdığı mövzulardır; "İslam və müasir elm", "İslam və Xristianlıq" və "İslam və Sekulyarizm".
Onun ilk debatı 1994-cü ildə mövzu başlığı "Dini fundamentalizm ifadə azadlığına əngəlmidir?" olan yazıçı Taslima Nasrinin görüşləri və onun islam üzərinə yazdığı Lajja adlı kitabı üzrə oldu, debat "Mumbai Marathi Patrakar Sangh"-da təşkil olundu. Dörd jurnalistin iştiraki ilə debat bir saat dəvam etdi. aprel 2000-ci ildə Naik Çikaqoda Uliam Kampbell ilə "Quran və Bibilya:Elmin İşığında" mövzusunda debat etdi, bu debat onun ən çox səs gətirən debatlarından bir idi. 21 yanvar 2006-cı ildə Naik, Banqalorda Sri Sri Ravi Şankar ilə İslam və hinduizmdə Tanrı konsepsiyası haqqında dinlərarası dialoq keçirdi. fevral 2011-ci ildə Naik, Hindistandan video bağlantı vasitəsilə Oksford Birliyinə müraciət etdi. 2007-ci ilin noyabr ayından etibarən hər il Naik Sion, Mumbayda 10 günlük Sülh Konfransı keçirdi. İslam üzrə Naik və digər iyrimi islami məruzəçilər tərəfindən mühazirələr təqdim olundu.
Avustralya 2004 və Uels 2006 2004-cü ildə Naik "İslami İnformasiya və Avstraliya Xidmətlər Şəbəkəsi" tərəfindən dəvəti ilə, yalnız İslamın qadınlara əsl bərabərlik verdiyini iddia etdiyi Melbrun Universitetində bir görüş keçirdi. O dedi ki, daha çox "qərb geyimlərinin ortaya çıxması" qadınları təcavüzə daha da həssaslaşdırır. The Age qəzetindən Suşi Das "Naik islamın əxlaqi və mənəvi üstünlüyünü ucaltdı və ümumiyyətlə digər dinləri və qərbi alçaltdı." eləcə də Naikın ifadələrinə "Parçalanmanı təşviq etdi və xurafatı gücləndirdi" şərhini etdi.
2006-cı ildə Naik Kardiffi konfrans üçün ziyarət etdi. David Deyvis adlı bir millət vəkilinin onun görünüşünü ləğv etməyə çağırdığında bu mübahisələrə səbəb oldu. O, Naikin "nifaqçı" olduğunu və onun fikirlərinin ictimai platformaya layiq olmadığını söylədi. Ancaq, Kardiffdəki müsəlmanlar, Naikin şəhərdə danışıq aparması hüququnu müdafiə etdi. Uels Müsəlmanlar Şurasının baş katibi Salim Kiduai Deyvisi Naik ilə şəxsən müzakirə etməsi üçün konfransa dəvət edərkən, ərz etdi, "onu tanıyan [Naiki] insanlar bilir ki, o, tapa biləcəyiniz ən mübahisəsiz şəxslərdən biridir. O, dinlər arasında olan oxşarlıqlardan və onların aralarında necə ortaq təməl qurmağımızdan danışır". Konfrans kardiff məclisi onun ekstremist görüşlərinin təbliğ etməyəcəyindən əmin olduqdan sonra dəvam etdi.
Böyük Britaniyaya və Kanadaya girişin qadağan olunması, 2010 Naik iyul 2010-cu ildə Kanada və Britanyaya daxil olması qadağan edildi."Indian preacher Zakir Naik is banned from UK" . BBC News. 18 June 2010. Retrieved 7 August 2011.Carlson, Kathryn Blaze. "Controversial Muslim televangelist Zakir Naik banned from Toronto conference" . National Post. 22 June 2010. Retrieved 7 August 2011. 7 August 2011. Naikin Kanadaya girişi Müsəlman Kanada Konqresinin qurucusu Tarek Fatahın millət vəkillərini onun görüşləri barədə xəbərdar etdikdən sonra qadağan olundu. Nayik Londonda və Şeffilddə danışıq aparmağı təşgil etdikdən sonra Britaniyaya girişi daxili işlər katibi Tereza Mey tərəfindən qadağan edildi. Təcrid əmrindən bəhs edən Mey "Dr. Naik tərəfindən edilən çoxsaylı şərhlər onun mənə qəbul edilə bilməz davranışının dəlilidir" dedi. Naik daxili işlər katibinin qanuni deyil, siyası bir qərar qəbul etdiyini müdafiə etdi və onun vəkili qərarın "barbar və qeyri-insani" olduğunu söylədi. Həmçinin şərhlərinin kontekst xaricində olduğunu iddia etdi.Pinglay, Prachi. "Lawyers condemn UK-India Muslim preacher ban" . BBC News. 22 June 2010. Retrieved 16 April 2011.
Press Trust of India. "UK ban politically motivated decision: Zakir Naik" . Zee News. 23 June 2010. Retrieved 7 August 2011. Archived 7 August 2011. Rejisor Maheş Bhat qadağanın ifadə azadlığı üzərinə bir hücüm tərtib etdiyini deyərək Naikə dəstək oldu.Akshay Deshmane "Zakir Naik will fight back as Canada bans him too" Naik, Ali Məhkəmədə verilən qərara etiraz etməyə çalışacağını bildirdi."Legal challenge to ban on Muslim preacher Zakir Naik" . BBC News. 19 June 2010. Retrieved 16 April 2011. Onun müraciəti 5 noyabr 2010-cu il tarixində rədd edildi.
Qambiya 2014 2014-cü ildə Naik Qambiyanı prezident Yəhya Cammehin dəvəti ilə Qambiya İnqilabının 20-ci ildönümündə iştirak etmək üçün ziyarət etdi. Orada 11 və 22 oktyabr arası dörd mühazirə keçirdi. Mühazirələr Qambiya Universitetində, Cənnət Suit hotelinin Pança Mi salonunda, prezident qəsəbəsi olan Kanilai, Foni Kansala və Kololi Kairaba Çimərlik hotelində keçirildi. Qambiya kabinent nazirləri, dini liderlər, tələbələr və minlərlə insan onun "Terorizm və cihad: İslam baxımından", "Din doğru perspektivdən", "Dəvət ya da Məhv" və "İslam haqqında yanlış fikirlər" başlıqlı mühazirələrini dinləmək üçün iştirak etdilər. Eyni zamanda, o, Qambiya Yüksək İslam Şurası ilə birlikdə, Yəhya Cammehlə də görüşdü və Qambiya İmamları ilə birlikdə islami konfrans keçirdi.
Maleyziya 2012 və 2016 2012-ci il boyunca Naik Maleyziyada dörd mühazirə keçirdi. Mühazirələr Cohor Baru, MARA Texnologiya Universiteti, Sahah Alma, Kuantan və Kuala Lumpur Putra Dünya Ticarət Mərkəzində keçirildi, HHFQ (Hind Hüquqları Fəaliyyət Qüvvəsi) üzvləri tərəfindən etirazlara baxmayaraq, fərqli yerlərdə şəxslər və bir neçə min adam mühazirələrə qatıldı. Naikin çıxışlarını təşkil edənlər, məqsədlərinin müxtəlif dinlərin insanları arasında harmoniyanın təşviq edilməsi olduğunu söylədilər.
Naik aprel 2016-cı ildə başqa altı mühazirə daha keçirdi. Onlardan ikisi Maleyziyada "İslam və Hinduzim arasındaki oxşarlqlar" və "Quran tanrının sözüdürmü?" başlıqlı, HHFQ və digər QHT-ları tərəfindən irqçi gərginliyə səbəb ola bilər əsası ilə etirzla qarşılandı. Hökumət orqanının ilkin dəstəyi ilə tədbir planlaşdırıldığı kimi davam etdi.
Görüşləri Naik hədəfinin. "öz dinləri üzündən üzrülü olan və dininin köhnəlmiş olduğunu hiss etməyə başlayan təhsili müsəlman gənclərinə fokus olmaq" olduğunu bildirdi. O, hesab edir ki, hər bir müsəlman islam haqqında qəbul olunmuş yanlış düşüncələrə və 11 sentyabr hadisəsindən sonra qərb mediasının anti-islam təbliğatına qarşı olması vəzifəsi halına gəlməlidir.Hassan, Javid; Rasooldeen, Mohammed. "Media Urged to Counter Anti-Muslim Bias" . Arab News. 9 October 2005. Retrieved 7 August 2011. 7 August 2011. Naik dedi; "kəskin anti-islami yürüşlərə baxmayaraq, Amerikada 34000 insan sentyabr 2001-dən iyul 2002-yə qədər islam ehtiva etdi". Naikə görə islam, ağıl və məntiq elmidir və quran elmlə bağlı olan 1000 ayəni özündə ehtiva edir.Ghafour, P. K. Abdul. "New Muslims on the rise in US after Sept. 11". Arab News. 3 November 2002. Archived 17 September 2003. Onun bəzi məqaləri Islamic Voice kimi jurnallarda çap olunur.See, for example: "Questions Commonly Asked by Non-Muslims – VI: Prohibition of Alcohol" , "Was Islam Spread by the Sword?" , "Are Ram and Krishna Prophets of God?" .
İslami üstünlük Naik islamın "ən yaxşı" din olduğunu deyir, çünki, quran bunu iddia edir və bu faktı nə başqa dini mətnlər nə də müqəddəs kitablar iddia etmir. O, əlavə edir, İslam dözülməyən din olaraq göstərilir və həqiqətdir, lakin korrupsiya, ayrı-seçkilik, ədalətsizlik, zina, alkoqolizm və bütün pis şeylərə qarşıdır. İslam insani dəyərlərin təşviq etdirilməsi baxımından ən "tolerant" dindir.
Musiqi Naik musiqini içki ilə eyniləşdirir və hər ikisinin təbiətən sərxoş edici olduğunu deyir. O, rəqs etmək və mahnı oxumağa qarşıdır, çünki bunlar islamda qadağandır.
Oğurluğa görə cəzalandırma