Qızılhacılı və ya Aran Qızılhacılı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.

Coğrafi mövqe Qızılhacılı kəndi Marneuli şəhərinin qərb hissədində, dəniz səviyyəsindən 400–420 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Bala Muğanlı, Tamaris, Hallavar və Candar kəndləri ilə qonşudur.

Əhali thumb 2002-ci il siyahıyalamasının nəticələrinə əsasən Qızılhacılı kəndinin əhalisinin sayı 7124 nəfər (rayon əhalisinin 7,5%-i) olmuşdur ki, onlardan da 50,5%-i kişilər, 49,9%-i isə qadınlardır. Kənd əhalisinin 98%-i azərbaycanlılardan ibarətdir. Qızılhacılı əhalisinin sayına görə Sadaxlı kəndindən sonra Borçalının azərbaycanlılar yaşayan ən iri kəndi hesab olunur.

Təsərrüfatı Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Faraş tərəvəzçilik və kartofçuluq kifayət qədər inkişaf etmişdir.

İstinadlar Gürcüstanda 2002-ci il əhali siyahıyaalmasının nəticələri Gürcüstanda kənd əhalisinin statistik icmalı Gürcüstanda ən iri kənd yaşayış məntəqələrinin siyahısı Borçalı haqqında məlumatlar

Həmçinin bax Gülnara Qocayeva Məmmədova

Kateqoriya:Marneuli bələdiyyəsinin yaşayış məntəqələri Kateqoriya:Borçalı kəndləri