İsmayıl Məhəmməd oğlu Məmmədov () — Azərbaycan sovet cərrahı, Azərbaycanda tibb təhsili və səhiyyəsində xidmətləri olan, Azərbaycan Respublikasının "əməkdar elm xadimi" (2000), Azərb. SSR Tibb institutunun ümumi cərrahiyə kafedrasının professoru Azərb, SSR səhiyyə nazirliyinin 4-cü xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri(1974), Tibb institutunun elmi işlər üzrə prorektoru (1975)
Həyatı İsmayıl Məmmədov 27 dekabr 1918-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olmuşdur. Professor İsmayıl Məmmədov ilk təhsilini doğulduğu Nehrəm kəndində aldıqdan sonra Naxçıvan Tibb Texnikumuna daxil olmuş 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Qaraçuğ kənd sovetliyində Feldşer məntəqəsinin müdiri kimi əmək fəaliyyətinə başlamış İ. Məmmədov daha sonra Nehrəm kənd həkim məntəqəsinin müdiri eyni zamanda Naxçıvan rayon Səhiyyə şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır. 10 oktyabr 1939-cu ildə ordu sıralarına çağırılmış və 1946-cı ilin (7 il) sentyabr ayınadək hərbi xidmətdə olmuşdur. 2-ci dünya müharibəsinin başlandığı ilk günlərdən Litva sərhəddindəki hərbi hissədə xidmətə bağlamışdır. Leninqrad şəhərinin 900 günlük blokadası zamanı İjorsk taborunda baş feldşer kimi qulluq etmişdir. Bu taborda xidmətlərinə görə "Qırmızı Ulduz" ordeni və müxtəlif medallarla təltif olunmuşdur.
1946-cı ilin sentyabrında ordudan tərxis olunduqdan sonra İ. Məmmədov Vətəninə- Naxçıvana qayıtmışdır. İ. Məmmədov burada köhnə vəzifəsində çalışmış və 1947-ci ilin avqustunda Azərbaycan Respublikasının göndərişi ilə Leninqrad şəhərinə gələrək I Leninqrad Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və hospital cərrahiyyə kafedrasında kliniki ordinator vəzifəsində saxlanmışdır. 1959-cu ildə- kliniki ordinatura dövründə "Qapalı kəllə-beyin travmaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1969-cu ildə isə "Ürək cərrahlığında dərin prfuzion hipotermiya" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu dissertasiya iki dəfə pul mükafatına layıq görülmüş və SSRİ XTNS-nin bürünc medalı ilə təltif edilmişdir.
thumbnail|right|Məmmədovun məzarı üstündəki büstü.
2006-cı il noyabrın 24-də Sankt-Peterbur şəhərində vəfat etmişdir. Öz vəsiyyəti əsasında doğulduğu Nehrəm kəndində dəfn olunmuşdur
Əmək fəaliyyəti 1938-ci ildə təhsilini başa vuran İsmayıl Məmmədov əmək fəaliyyətinə Qaraçuğ kənd sovetliyində Feldşer məntəqəsinin müdiri kimi başlamışdır.
Elmi fəaliyyəti 1977-ci ildə əməkdar elm xadimi, professor B. M. Mahmudbəyov məsləhətçi vəzifəsinə keçdikdən sonra kafedraya müdir vəzifəsinə professor İsmayıl Məmməd oğlu Məmmədov seçilmişdir. Bu vəzifəyə qədər professor İ. M. Məmmədov ümumi cərrahlıq kafedrasının professoru vəzifəsində işləmişdir. Professor İ. M. Məmmədov 1953-cü ildə fərqlənmə diplomu ilə İ. P. Pavlov adına Leninqrad (Sankt-Peterburq) Dövlət Tibb institutunun müalicə-profilaktikası fakültəsini, 1953–1955-ci illərdə həmin institutun hospital cərrahlıq kafedrasında klinik ordinaturanı bitirmişdir. 1956-cı ilə qədər kafedranın assistenti vəzifəsində işləmiş, 1958-ci ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.
1974-cü ildə Vətənə qayıtmış, Tibb institutunda əmək fəaliyyətini davam etdirmişdir. Professor İ. M. Məmmədov kafedra müdiri vəzifəsinin icrasına başladıqdan sonra 120 yerlik yeni mühazirə zalı yaradılmış, endoskopik tədqiqatlar kabineti istifadəyə verilmişdir. Bu kabinetə müasir fibroqastroduodenoskop, fibrokolonoskop, ultrasəs müayinəsi aparatı, laparoskop və digər optik cihazlar alınmışdır. Tədris prosesinin keyfiyyətini artırmaq üşün müasir tədris vəsaiti, tədris filmləri, slaydlar, nümayiş avadanığı və s. müəllimlərin və tələbələrin istifadəsinə verilmişdir. Professor İ. M. Məmmədovun müdir işlədiyi müddətdə kafedranın elmi-pedaqoji və müalicə fəaliyyəti genişlənmiş, respublikanın əksər bölgələrində, xüsusilə Naxçıvan MR və Füzuli rayonunda cərrahi xidmətin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər yerinə yetirilmişdir. Onun rəhbərliyi altında kafedranın və xəstəxananın bir sıra əməkdaşları (K. H. İbişov, İ. Baxşəliyev, R. Mehdiyev, E. Bektaşi, S. F. Rəfiyev, S. A. Əliyev, A. X. Muxtarov) namizədlik dissertasiyası müdafiə etmişdir. Kafedrada 2 aspirant təhsil almışdır: Rüstəmov G. (əyani) və Novruzov S. (qiyabi). Hər 2 aspirant müvəffəqiyyətlə dissertasiya işlərinin yekunlaşdırmış və müdafiə etmişlər. Professor İ. M. Məmmədov çap olunmuş 60-a qədər elmi əsərin, 3 monoqrafiya və 1 rəhbərliyin müəllifidir.
Bu zaman kəsiyində kafedranın dosentləri M. Y. Nəsirov (1985), H. A. Sultanov (1986) və Ə. H. Əşrəfov (1989) doktorluq dissertasiyalarını başa vurmuş və uğurla müdafiə etmişlər.
Sonralar professor M. Y. Nəsirov pediatriya fakültəsinin cərrahi xəstəliklər kafedrasının müdiri və eyni vaxtda Tibb Universitetinin prorektoru vəzifəsinə, Ə. H. Əşrəfov və H. A. Sultanov isə I cərrahi xəstəliklər kafedrasına professor vəzifəsinə seçilmışlər.
Professor M. Y. Nəsirov onkologiya, professor Ə. H. Əşrəfov cərrahi heriatriya və cərrahi hepatologiya, öd yolları cərrahiyəsi, professor H. A. Sultanov isə koloproktologiya sahəsində böyük elmi tədqiqatlar aparmış və ixtisaslı cərrah kadrları, alimlər dəstəsi hazırlamışlar. Professor Ə. H. Əşrəfov 2002-ci ilin oktyabr ayında vəfat etmişdir.
1990-cı ildə professor İ. M. Məmmədov kafedranın məsləhətçisi vəsifəsini icra etməyə başlayır
İstinadlar
Kateqoriya:Azərbaycan cərrahları Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Azərbaycan Tibb Universitetinin professorları Kateqoriya:Hepatoloqlar Kateqoriya:Azərbaycan professorları