Basketbol üzrə Avropa çempionatı 1987 () — 1987-ci ildə Yunanıstanda FIBA Avropa tərəfindən sayca 25-ci dəfə keçirilən Avropa çempionatı. Turnir 3-14 iyun tarixlərində keçirilmişdir. Çempionata 12 milli komanda qatılmışdır. Bütün oyunlar Pirey şəhərindəki Sülh və Dostluq salonunda baş tutmuşdur.
Turnirin qalibi favorit sayılan SSRİ millisini həyəcanlı keçən əlavə vaxtda 103:101 hesabı ilə məğlub edən ev sahibi Yunanıstan olmuşdur. Bu Yunanıstanın ilk Avropa çempionluğu olmuşdur. Yunanıstan millisinin oyunçusu Nikos Qalis turnirin ən yaxşı oyunçusu seçilmişdir.
Məkan
Bütün oyunlar Pirey şəhərindəki Sülh və Dostluq stadionunda keçirilmişdir. Sülh və Dostluq stadionuTutumu: 11.5541983-cü ildə açılmışdır.
İştirakçılar
Turnirdə iştiraka 12 komanda haqq qazanmışdır. 7 komanda əvvəlki çempionatda iştiraka görə, 4 komanda seçmə mərhələdən sonra bu haqqı qazanmışdır. Yunanıstan isə ev sahibi kimi seçmə mərhələdən azad olunmuşdur.
Ev sahibi:
Basketbol üzrə Avropa çempionatı 1985-dən gələnlər:
Seçmə mərhələdən gələnlər:
Reqlament
12 komanda hərəsində 6 komanda olmaqla 2 qrupa bölünür. Hər qrupdan 4 komanda ¼ finala çıxır. Bu mərhələdən qalib çıxanlar yarımfinala adlayır. Yarımfinalda məğlub olanlar üçüncülük oyununa, qalib gələnlər final oyununa çıxır. ¼ final oyununda məğlub olanlar 5-8-ci yerlər uğrunda mübarizəyə qoşulur. Quplarda 5-6-cı yerləri tutan komandalar 9-12-ci yerlər üçün oynayırlar.
Birinci mərhələ
A qrupu
YerKomanda O Q M QX BX T-fX 1 5 4 1 514 464 +50 92 5 4 1 537 483 +54 9 3 5 4 1 496 465 +31 9 4 5 3 2 430 399 +31 8 5 5 1 4 479 531 -52 6 6 5 1 4 452 488 -36 6
B qrupu
YerKomanda O Q M QX BX T-fX 1 5 5 0 467 379 +88 102 5 3 2 428 447 -19 8 3 5 3 2 332 434 -102 8 4 5 2 3 436 437 -1 7 5 5 1 4 380 430 -50 6 6 5 1 4 422 438 -16 6
Finala gedən yol
5-8-ci yerlər uğrunda
9-12-ci yerlər uğrunda
Kateqoriya:Basketbol üzrə Avropa çempionatları Kateqoriya:1987-ci ildə Yunanıstanda idman Kateqoriya:1987-ci ildə basketbol Kateqoriya:Yunanıstanda keçirilmiş beynəlxalq idman yarışları