İnduksiya ( – vadaredici)

ayrı-ayrı faktlardan və ya xüsusi təsadüflərdən ümumi nəticələri çıxarmaqla mühakimə yürütmək üsulu, deduksiyanın əksi; fizikada maqnit sahəsində hərəkət edərkən və ya ətrafında maqnit sahəsi dəyişərkən hər hansı bir naqildə elektrik cərəyanının yaranması; mətndə tək-tək hallarda ümumi nəticəyə gəlmə, məntiqi hökm, faktları ümumiləşdirmək üsulu. Elektromaqnit induksiyası — Maqnit sahəsinin təsirindən elektrik sahəsinin yaranması. Elektrostatik induksiya — Elektrik sahədə yüklərin yerini dəyişməsini təsvir edir.

Ədəbiyyat

Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.