Alagöz (Camışlı, Böyük Camışlı və Kiçik Camışlı) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlıİbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Camışlı İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndlərinin birləşdirilməsi əsasında yaradılmıışdır. Alagöz (Araqadz) rayonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə kimi Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur.
Toponim camışlı türk tayfa adıİbrahimov (Şahin) T.Ə.Qaşqaylar, Bakı, «Elm», 1988. s.29 əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Böyük Camışlı 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdir. Abaran çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.80 qeyd edilmişdir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə camışlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 4.01.1938-ci il fərmanı ilə adı dəyişdirilib Alagöz (Alaqəz) qoyulmuşdur.
Kiçik Camışlı İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonunun yaradılması ilə əlaqədar Alagöz (Araqadz) rayonunun inzibati-ərazi bölgüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Abaran çayının sahilində yerləşir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən kiçik sözü ilə zülqədərlərin camışlı tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi Böyük Camışlı Kiçik Camışlı
İstinadlar
Kateqoriya:Abaran kəndləri Kateqoriya:Talin kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri