Şokalski boğazı () - Oktyabr İnqilabı adasını Bolşevik adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizini Laptevlər dənizi ilə birləşdirir. Uzunluğu 120 km ,eni 20–50 km , dərinliyi 200 – 250 m təşkil edir. Sahilləri parçalıdır və buzlaqlarla örtülüdür. Buzlaqları Karpinski, Muşketova, Semenova-Tyan-Şanski, Qrotov, Universitetskidir. Buzlaqlar Aysberqlər əmələ gətirir. Boğazda Naydenis, Suxoy, Malış, Matroskie adaları, Pirojok, Arpqolda, Kaşki adaları, Sterojevoy və Krasnoflotski adaları vardır. Sahillərində Afonina, Spartak, Telman, İqnat Qardaşları, Zub və Juravlev burnuları vardır. Şimal-qərbdə Marat Fiordu və Medvejya buxtası, şərqdə Amba buxtası yerləşir. Amba buxtasına Amba çayı axır. Boğaz sovet coğrafiyaçısı və kartoqrafçısı Yuliy Mixayloviç Şokalskinin şərəfinə adlandırılıb. Krasnoyarsk diyarı ərazisində yerləşir.
İstinad
Kateqoriya:Şimal Buzlu okeanının boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Rusiya boğazları Kateqoriya:Kara dənizi boğazları Kateqoriya:Laptevlər dənizinin boğazları Kateqoriya:Şimal Torpağı arxipelaqının boğazları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar