Viko fon Bülov ya Lorio, əsil adı: Bernqard Viktor Kristif-Karl fon Bülov, (; ) — alman komik aktyoru, eynizamanda rejissor, yazıçı və rəssamı. Fransız dilindən götürülmüş "Lorio" ləqəbinin mənası "sarıköynək" deməkdir. Belə ki, sarıköynək Fon Bülovlar ailəsinin gerbində əks olunmuşdur. thumb|200px|Fon Bülovlar ailəsinin gerbi

Bioqrafiyası Viko fon Bülov Prusiyada kübar bir ailədə dünyaya gəlmişdir. Onun atası Yohan-Albrext Vilhelm fon Bülov (1899–1972) zabiti olmuşdur. Yohan-Albrext Vilhelm fon Bülov 1927-ci ildə həyat yoldaşı Şarlotte Matilda Luis ilə boşandıqdan sonra Bülov özündən bir yaş kiçik qardaşı ilə Berlində nənə və ulunənəsinin yanında böyümüşdür. 1934–1938-ci illərdə Şadov gimnaziyasında oxuyur, sonra isə Ştutqarta köçdüklərinə görə 1941-ci ildə Berhard Lüdviq gimnaziyasını bitirdikdən sonra, on yeddi yaşında ikən orduya çağrılır. III Tank diviziyası tərkibində şərg cəbhəsinə düşən Bülov ober-leytenent rütbəsi alaraq, 1943-cü ildə I və II dərəcəli Dəmir xaç ordeninə layiq görülür. Viko fon Bülovun NSAFPnın üzvü olması haqqında heç bir sübut tapılmamışdır"Er ist ein hervorragender Unterhalter." Die militärische Personalakte von Loriot. . Müharibədən sonra 1947–1949-cu illərdə Hamburqda incəsənət akademiyasında təhsil alır. 1950-ci ildən "Küçə" () və "Ulduz" () jurnallarında çoxsaylı qrafik və karikatura rəsmləri və komiks silsilələri ilə çıxışlar edir. 1954-cü ildə Viko fon Bülovun İsveçrədə ilk komiks kitabı nəşr olunur. Onun dediyinə görə:

"Cəmi 20 illik təhsildən sonra mən kiçik insanı çəkmək bacarığı əldə edə bildim, hansı ki bu günə dək məni dolandırır."

1988-ci ildə Almaniyada ekranlara Lorionun rejissoru və baş rolun ifaçısı olduğu "Ödipussi" — komediyası çıxmış olur. Onun ardınca 1991-ci ildə "Pappa ante Portas" komediyası ekran üzü görür.

Dövlət mükafatları 60px|links II dərəcəli Dəmir xaç ordeni 1943 60px|links I dərəcəli Dəmir xaç ordeni 1943 60px|links Böyük Xidmət Xaçı yaxud "Böyük Xaç" 1974 60px|links Bavariyaya xidmətinə görə ordeni 1980 60px|links Berlin vilayətinə xidmətinə görə ordeni 1990 60px|links Bavariyanın Maksimillian ordeni 1995 60px|links Ulduzlu Böyük Xidmət Xaçı yaxud "Ulduzlu Böyük Xaç" 1998"Verzeichnis der deutschen Inhaber des Verdienstordens der Bundesrepublik Deutschland", Stand: 1. Juni 2009, Bundespräsidialamt — Ordenskanzlei

İstinadlar

Xarici keçidlər Loriot "Əriştə" Loriot "Rəsm əyri asılıb" Loriot "İş otağında eşq"

Kateqoriya:Almaniya aktyorları Kateqoriya:"Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandorları Kateqoriya:Almaniya yazıçıları