Florida boğazı — Meksika körfəzi ilə Atlantik okeanı birləşdirir. Şimalda Florida yarımadası və Florida-Kis adalarını Kuba adasından ayırır. Uzunluğu 650 km, eni 150 km, orta dərinliyi isə 150 m təşkil edir. Boğaz ərazisindən Florida cərəyanı keçir. Boğaz ABŞ və Kuba arasında sərhəd təşkil edir.

Kateqoriya:Atlantik okeanının boğazları Kateqoriya:Şimali Amerika boğazları Kateqoriya:ABŞ boğazları Kateqoriya:Kuba boğazları Kateqoriya:ABŞ dənizləri Kateqoriya:Florida coğrafiyası Kateqoriya:Meksika körfəzi