Balaton gölü əməliyyatı () — II. Dünya Müharibəsi zamanı Şərq Cəbhəsində baş verən son Alman döyüş hücumudur. Əməliyyat Macarıstan ərazisinin cənub-qərb hissəsində 6–16 mart 1945-ci il tarixləri arasında icra edilmişdir. Əməliyyat Almanca Plattensee Hücumu, Rusca Balaton Müdafiə Hərəkatı və İngiliscə Balaton Gölü Hücumu kimi tanınır. Hazırlıqları böyük bir gizlilik içində davam etdirilən döyüş, 6 mart 1945-ci ildə Balaton gölü yaxınlığında başlanılıb. Bölgə Rumıniya nefti itirildikdən sonra Almaniyanın neft ehtiyacını təmin edən son region olması səbəbindən çox əhəmiyyətli idi.
Kateqoriya:1945-ci ildə SSRİ Kateqoriya:Macarıstandakı döyüşlər Kateqoriya:Macarıstanın döyüşləri