Simpson boğazı -Şimal Buzlu okeanında yerləşən Kanada ərazisində Kanada Arktik arxipelaqına daxil olan Kral-Vilyam adasını Adelya yarımadasından (cənub) ayırır. Kanadanın şimal-qərbində Nunavut vilayyəti ərazisində yerləşir. Qərbdə Kuin-Mod körfəzi ilə şərqdə Rasmusen körfəzini birləşir. Boğazın maksimum eni 16 km, ən dar yerdə eni isə 3,2 km təşkil edir. Uzunluğu 80 kilometrdir. Boğaz qütb dairəsi daxilində yerləşir. 4-5 kiçik adalar istisna olaraq böyük adalar yoxdur. Qütb dairəsi daxilində yerləşi. Boğaz Tomas Simpson və Piter Varren Dis tərəfindən qütb ərazilərinə (1837-1839) təşkil edilən ekspedisiya zamanı kəşf edilir. Bu ekspedisiyanın qeyri-adı xüsusiyyəti ondadır ki, üzvlər gəmi ilə deyil qayıqlarla hərəkət edirdilər. Boğaz yaxınlığında Kuin-Mod körfəzi və Dis boğazı vardır. 1903- ci ildə Raul Amudsen şimala ekspedisiya təşkil edərkən boğazdan keçmişdir.

İstinad

Kateqoriya:Şimal Buzlu okeanının boğazları Kateqoriya:Şimali Amerika boğazları Kateqoriya:Kanada boğazları Kateqoriya:Nunavut boğazları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar