Cubili () — Marvel Comics tərəfindən yaradılan mutant superqəhrəman. Əsl adı Cubileyşın Lidir.
Gücləri Cubili bir mutant olub müxtəlif gücdə enerji plazmaları yarada bilməkdədir. O, bu plazmaları idarə edə bilər, müxtəlif şəkillərə soxa, hətta istəsə partlada bilər. Bu plazmalar kürə formasında olub partladıqda müxtəlif rəngdə çox parlaq işıq saçdığından baxan insanı müvəqqəti kor edir. Cubilinin bədəni zərər görmədən bu plazmaları uda bilir.
Həyatı İki zəngin çinlinin qızı olan Cubili Beverly Hillsdə əziyyətsiz böyüdü. Amma daha sonra onların işlərinin pisləşməsi və muzdlu qatillərin valideynlərini qonşuları ilə səhv salıb öldürməsi həyatını tamamilə dəyişdirmişdir. Yetim qalan Cubili Los-Anceles şəhərində yetimxanaya göndərildi. Burada özünü qorumağı və hakimiyyət əleyhdarı olmağı öyrəndi. Ziyalılığı üzündən onu başqa yetimxanaya göndərmək istədilər. Yaşayan tək qohumunun Çində yaşadığından oraya göndərilməkdən qorxan Cubili yetimxanadan qaçdı. Hollivud Ticarət Mərkəzində yaşamağa bir yer tapınca oğurluq edərək dolanmağa başladı, amma bu uzun sürmədi. Alış-veriş mərkəzində polislər tərəfindən təqib olunan Cubili panikaya düşəndə ilk dəfə mutant gücləri ortaya çıxdı. Əllərindən çıxan enerji kürələri onu polislərdən qurtardı.
İks-adamlar Cubili bir müddət tək yaşadı. Bəzi dükkan sahibləri üçün işıq şouları göstərərək dolandı və polislərlə siçan-pişik oyunu oynayırdı. Polislər öhdəsindən gələ bilməyincə M Birliyi adında mutant ovçularını çağırdılar. Bu zaman təsadüfən orada olan İks-adamlarin 4 qadın üzvü (Fırtına, Psaylok, Rouq və Gözqamaşdırıcı) Cubiliyi xilas etdilər. Onu xilas edənlərdən təsirlənən Cubili onları bazalarına qədər təqib etdi. Əvvəlcə güvənilməz hesab edilən Cubili daha sonra Şimal porsuğunu Ksayborqdan xilas etdikdən sonra komandanın üzvü oldu. Növbəti aylarda Şimal porsuğuna Asiya səyahətlərində yoldaşlıq etdi. Şimal porsuğu onun ikinci atası kimi oldu.
Cubilinin İks-adamlarla qarşılaşdığında qeyb olan Professor İks qayıtdıqdan sonra ilk dəfə onunla tanış oldu.Uncanny İks-adamlar #274-277 Bu zaman komandaya tam üzv oldu. Xavier daha az yaşlılar üçün Nəsil X adlı yeni komanda yaradınca Cubili bu komandaya qoşuldu. Əvvəlcə bundan xoşu gəlməyən Cubili daha sonra komandanın əsas siması oldu.
Filmlər Personaj ilk dəfə 2016-cı ildə tamamlanmış olan "İks-adamlar: Apokalipsis" filmində aktrisa Lana Kondor tərəfindən canlandırılmışdır.
İstinadlar
Xarici keçidlər Komiks kitabında UncannyXmen.net-də Marvel Dünyasında
Kateqoriya:Marvel Comics superqəhrəmanları Kateqoriya:Marvel Comics mutantları Kateqoriya:1989-cu ildə tanıdılan komiks personajları Kateqoriya:Qadın komiks personajları Kateqoriya:Asiyalı superqəhrəmanlar Kateqoriya:Marvel Comics qadın superqəhrəmanları Kateqoriya:Film personajları